Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kərəm Həsənovun qohumunun idarəsində subsidiya saxtakarlıqları – Şok sənədlər…

Cəlilabad rayon Dövlət Aqrar İnkişaf Mərkəzində rüşvət qarlışığında vətəndaşlara saxta torpaq sənədləri düzəldilərək subsidiyalar verilir. PİA.az xəbər verir ki, bu haqda cumhuriyyet.az-ın redaksiyasına məlumat daxil olub. Əməkdaşımız həmin saxtakarlıqları sübut edən sənədləri də əldə edib.

Araşdırmalar nəticəsində məlum olub ki, Sosial İş Mərkəzinin işçisi, Dövlət Aqrar İnkişaf Mərkəzində işləyən Taleh Məsləhət oğlu Vəliyev vəzifəsindən sui-istifadə edərək dəhşətli korrupsiya hallarına yol verir. Belə ki, Taleh Vəliyev rüşvət qarşılığında vətəndaşların adına saxta torpaq sənədləri işləyib. Bununla yanaşı o, əkilməyən torpaq sahələrini də rüşvət qarşılığında saxta sənədlərlə əkinə yararlı kimi təyin edib.

Bundan əlavə cumhuriyyet.az olaraq apardığımız araşdırma zamanı məlum olub ki Taleh Vəliyev öz vəzifə səlahiyyətlərini həddən artıq aşaraq Rusiyada yaşayan rayon sakinlərinin torpaq sahələrini saxta sənədlərlə qeydiyyata alaraq, onların torpaq sahələrini əkin sahəsi kimi sistemdə qeydiyyata alaraq adlarına subsidiyalar təyin edib.

Təbii ki, bütün bunları biz özümüzdən demirik və Taleh Vəliyevin korrpusiya faktlarını təsdiq edən sənədləri də əldə etmişik. Həmin vətəndaşların bir neçəsinin adlarını isə təqdim edirik:

1.Əliyev Qılıncxan İbrahim oğlu. Fin:16bma0h.

2.Aşurov İltimas Vəkil oğlu. Fin:2jzz4fl.

3.Sadıqova Afət Əlikram qızı. Fin:1tvqo9.

4.Fərəcov Məmməd Bahud oğlu. Fin:4u8q55f.

5.Abdulhəsənova Bibixanım Əzizxan qızı. Fin:4yfo7xa.

6.Zamanova Sənubər Sabir qızı. Fin:4jmcnq7.

7.Bədəlov Allabağış Ağan oğlu. Fin:530bc0d.

8.Əzizov Əjdər Əbil oğlu. Fin:4qca44w.

9.Məmmədova Xatun Novruz qızı. Fin:54v9txa.

10.Soltanov Famil Malik oğlu. Fin:12uu67z.

11.Soltanov Mirnəsihət Mirmalik oğlu. Fin:13zdlgl.

Taleh Vəliyev adlarını qeyd etdiyimiz vətəndaşların torpaq sənədlərini yenidən ləğv edilmiş dövlət aktının sürəti ilə təsdiq edərək korrupsiya hallarına yol verib. Bütün bunlara baxmayaraq Taleh Vəliyevin də törətdiyi korrupsiya əməlləriylə bağlı mövqeyini də öyrənməyə çalışacağıq.

Bəs görən Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rahib Kərimov Taleh Vəliyevin bu əməllərindən xəbər tutandan sonra onun məsuliyyətə cəlb olunmasını təmin edəcəkmi?

Taleh Vəliyevin bu saxtakarlıqlarını sübut edən sənədləri təqdim edirik:

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

Gülnar Hüseynova Yuxarı Şilyan kəndində seçicilərlə görüşüb - Fotolar 

Azərbaycanın yanğınsöndürmə təyyarəsi az sonra Türkiyənin hava limanına enəcək

Neftçala sakinlərinin kabusuna çevrilən “Dinamik Ocean”: Əhalini xəraca bağlayan şirkəti qoruyan kimlərdir?

DSX-nin üç polkovnikinə "general-mayor" ali hərbi rütbəsi verilib

Mikayıl İsmayılovun oğlunun Fidanla bağlı 100 minlik tələbi rədd edildi

Livanın bütün ərazisində elektrik enerjisi kəsilib

İsrailə raket yağışı: "Hizbullah" Livandakı hücuma cavab verdi

Qayınanasının fotosunu paylaşıb bunları yazdı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay