Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail ordu radiosu: “Azərbaycanla sərhəddə 3 İran hərbçisi həlak oldu...”

İran ordusunun Azərbaycanla sərhədlərin yaxınlığında keçirdiyi “Xeybər fatehləri” genişmiqyaslı təlimləri zamanı üç hərbçinin öldüyünü, bir neçəsinin yaralandığını İsrail hərbi qaynaqları da təsdiq edir. virtualaz.org xəbər verir ki, İsrail Ordu Radiosu ötən gün oktyabrın 3-də bu haqda bildirib.

İran vertolyotunun Tehranın Azərbaycanla gərginlik fonunda iki ölkə sərhədləri yaxınlığında keçirdiyi “Xeybər fatehləri” təlimləri zamanı buraxdığı raketlə 3 İran hərbçisi ölüb”,-məlumatda deyilir.

Xatırladaq ki, təlimlər zamanı İran vertolyotunun səhvən endirdiyi raket zərbəsi zamanı bir neçəsi ağır olmaqla azı 14 əsgərin yaralandığı haqda xəbərlər daha əvvəl sosial şəbəkələrdə yayılmışdı.

Lakin İran ordusunun şimal-qərb regionundakı qərargahının komandanı, briqada generalı Əli Hacilo bu məlumatları təkzib edib, bildirib ki, manevrlər uğurlu olub və onun gedişində heç bir əsgər həlak olmayıb, yaralanmayıb.

Bu arada sosial şəbəkələrdə ötən gün İran ordusunun təlimlərə cəlb edilmiş hissələrinin təlim bölgəsini tərk etdiyinə dair videogörüntülər də yayılıb. Bəzi məlumatlara görə təlimlər nəzərdə tutulduğu vaxtdan tez yekunlaşıb.

İran ordusu bu təlimlərə əksəriyyəti ötən əsrin 60-70-ci illərində istehsal olunmuş çoxsaylı hərbi texnika və silahlar çıxarmışdı. “Azadlıq” radiosunun fars xidməti qeyd edirdi ki, təlimlər ötən əsrin 60-cı illərinin müharibə ssenarisi üzrə keçirilir.(virtualaz.org)

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

Gülnar Hüseynova Yuxarı Şilyan kəndində seçicilərlə görüşüb - Fotolar 

Bir qrup ukraynalı hərbçi Kursk istiqamətində təslim oldu - Video

DSX-nin üç polkovnikinə "general-mayor" ali hərbi rütbəsi verilib

Neftçala sakinlərinin kabusuna çevrilən “Dinamik Ocean”: Əhalini xəraca bağlayan şirkəti qoruyan kimlərdir?

Mikayıl İsmayılovun oğlunun Fidanla bağlı 100 minlik tələbi rədd edildi

Putinin Bakıya prinsipial səfərindən nələr gözlənilir?

İsrailə raket yağışı: "Hizbullah" Livandakı hücuma cavab verdi

Qayınanasının fotosunu paylaşıb bunları yazdı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay