Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Astarada dəniz sahilindən qadın meyiti tapılıb

Astara rayonunda dəniz sahilindən 62 yaşlı qadının meyiti tapılıb.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə sübh saatlarında Şahağacı kəndində qeydə alınıb.

Belə ki, 1959-cu il təvəllüdlü Validə Əlişah qızı Dadaşova gecə vaxtı evdən xəbərsiz çıxıb. Həyat yoldaşı, 1945-ci il təvəllüdlü Sədaqət Ağahəsən oğlu Dadaşov oyananda yoldaşının evdə olmadığını görüb, onu axtarmağa başlayıb. O, evdə stolun üstündə “Məni dəniz qırağında axtarın” cümləsi yazılmış kağız görüb. Evləri dənizə yaxın olduğundan qohumlarla birlikdə onun axtarışlarına başlayıb. Ayaqqabılarının tapıldığı ərazidə V.Dadaşovanın cansız bədəni tapılaraq sudan çıxarılıb. Ailə üzvlərinin sözlərinə görə, mərhum uzun illər ruhi-əsəb xəstəliyindən müalicə alıb.

Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Ölüm səbəbi ekspertizanın rəyindən sonra məlum olacaq.

Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

Gülnar Hüseynova Yuxarı Şilyan kəndində seçicilərlə görüşüb - Fotolar 

Azərbaycanın yanğınsöndürmə təyyarəsi az sonra Türkiyənin hava limanına enəcək

Neftçala sakinlərinin kabusuna çevrilən “Dinamik Ocean”: Əhalini xəraca bağlayan şirkəti qoruyan kimlərdir?

DSX-nin üç polkovnikinə "general-mayor" ali hərbi rütbəsi verilib

Mikayıl İsmayılovun oğlunun Fidanla bağlı 100 minlik tələbi rədd edildi

Livanın bütün ərazisində elektrik enerjisi kəsilib

İsrailə raket yağışı: "Hizbullah" Livandakı hücuma cavab verdi

"Bakıdan Qazaxa 12 manat, Şuşaya 26 manat?" - Şikayət

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay