Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlı qadın İstanbulda bir çanta saxta pulla tutuldu

Türkiyənin Ankarada və 20 əyalətdə təşkil edilən saxta pul əməliyyatı zamanı saxlanılan 96 nəfərdən qruplaşma lideri Ensari Varlık başda olmaqla 14 nəfər həbs edilib. Türkiyə mediasının yaydığı məlumatda əməliyyatın bəzi detalları göstərilib. Belə ki, polis tərəfindən izlənilməmək üçün telefon danışıqları zamanı şifrəli sözlərdən istifadə edən və dollara “Benjamin” deyən qruplaşma üzvləri indiyədək bazara 5 milyon lirə saxta əskinas çıxarıb. Ensari Varlık isə ona müştəri kimi mesaj yollayan polisə saxta xarici valyutanın pul sayma maşınından necə keçməsinə dair video atıb və bununla da özünə inam yaratmağa çalışıb. O, saxta dolları özünü müştəri kimi təqdim edən polisə satarkən “Bundan tapa bilməzsən. Mal bizimdir deyə demirəm. Bu, tapa bilməyəcəyin məhsuldur. Əlbəttə hazırda aktiv cihazlardan keçməz. Gəlib baxarsan, aldığın qədər sayıb götürərsən” deyib.

Əməliyyat zamanı qruplaşma üzvlərindən olan azərbaycanlı Elmira A. saxta xarici valyutanı xaricdə dövriyyəyə buraxmaq üçün pulla dolu çanta ilə getdiyi Sabiha Gökmen Hava Limanında saxlanılıb. Qeyd edilir ki, saxta pul satışını xaricdə Elmira ilə birlikdə Özbəkistan vətəndaşları Fərrux J. və Mokhaloryım G. həyata keçirirdi.

Bir maraqlı məqam da qeyd olunur. Qruplaşmanın “rəhbər” heyətində yer alan Camal Durdubaş əməliyyatdan 4 gün əvvəl buraxdıqları saxta pulla saxta içki alıb və həmin içkidən zəhərlənib və xəstəxanada ölüb. (Qafqazinfo)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xalq artisti Cahangir Novruzovun Ankarada 70 illik yubileyi keçirilib

Sırski: Ukrayna ordusu Kursk vilayətində daha 1-3 km irəliləyib

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

Gülnar Hüseynova Yuxarı Şilyan kəndində seçicilərlə görüşüb - Fotolar 

Bir qrup ukraynalı hərbçi Kursk istiqamətində təslim oldu - Video

Dəniz kənarında batan avtomobili çıxarmaq üçün çağırılan evakuator da batdı

Bayden namizədlikdən imtina etdikdən sonra ilk dəfə Harrislə mitinqdə iştirak edib

DSX-nin üç polkovnikinə "general-mayor" ali hərbi rütbəsi verilib

Neftçala sakinlərinin kabusuna çevrilən “Dinamik Ocean”: Əhalini xəraca bağlayan şirkəti qoruyan kimlərdir?

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay