Bazar ertəsi, 26 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pandemiya mənzil bazarında qlobal böhrana səbəb olub

Pandemiya qlobal daşınmaz əmlak bazarında böhrana səbəb olub, artan qiymətlər qlobal bazarlarda mənzilləri getdikcə əlçatmaz edir.

"APA-Economics"in məlumatına görə, bu barədə "Bloomberg" agentliyi yazır.

"Əhalinin müəyyən təbəqələrinin artıq mənzillərə sahib ola bilmədiklərinin şahidi oluruq. Bu, Londonda, Parisdə, Romada və indi, təəssüf ki, Berlində daha çoxdur", - agentlik Berlin meri Mixael Müllrdən (Michael Müller) sitat gətirir.

Qeyd olunur ki, son 18 ayda potensial alıcılar üçün evlərin çatışmazlığı və həddindən artıq aşağı faizlər fonunda mənzil qiymətlərinin artması səbəbindən mənzil almaqda getdikcə çətinləşir. Belə ki, ABŞ-ın ən böyük ipoteka agentliyi olan "Freddie Mac"ın keçmiş baş direktorunun sözlərinə görə, ABŞ-da evlərin qiyməti 2000-ci illərin ortalarında qeydə alınan pik göstəriciləri 30% üstələyir.

Bir sıra ölkədə ipoteka bazarındakı vəziyyət 2008-2009-cu illərdəki maliyyə böhranından əvvəlki aylara bənzəyir və bu, bazarın çökməsi ilə nəticələnə bilər.

"Knight Frank" beynəlxalq konsaltinq şirkətinin məlumatına görə, 2021-ci ilin II rübündə evlərin qiymətləri 55 ölkədə orta hesabla 9,2% (bir il əvvəl +4,7%) artıb. Türkiyə (+29,2%) ardıcıl altıncı rüb lider mövqedə qərarlaşır, Yeni Zelandiya (+25,9%) ikinci, ABŞ və Slovakiya (+18,6%) isə üçüncü yeri bölüşürlər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Rəqibindən Nəsiman Yaqublunun faciəvi ölümünə reaksiya

Kardioloq ürək üçün ən təhlükəli 7 vərdişi açıqlayıb

BQXK Azərbaycanda saxlanılan Qarabağ separatçılarına baş çəkib

Pakistan sıxılmış qaz almaq üçün Rusiya ilə danışıqlar aparır

Bakıda yataqxanada baş verən yanğın zamanı 5 nəfər təxliyə olunub - Yenilənib

Pavel Durov Hüseyn Həsənovla səhər yeməyi yeyib

Xərçəng böhranı : ABŞ şirkəti anti-Rusiya sanksiyalarına görə müflis olur...

Ən çox oxunanalar