Çərşənbə axşamı, 20 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

COVID-19-a yoluxan hamilə qadınların diqqətinə!

"Son həftələrdə hamilə qadınlarda koronavirusa yoluxmaların sayı artıb. Pandemiyanın həm ana, həm də körpə üçün mənfi nəticələrə səbəb olmaması üçün hamilə qadınların peyvənd olunmaları vacibdir".

PİA.az xəbər verir ki, bunu İzmir Katip Çelebi Universitetinin Tibb fakültəsinin Yoluxucu Xəstəliklər bölümünün professoru Alper Şener deyib.

Keçən həftə çalışdığı xəstəxananın COVID-19 xidmətlərinə 7 hamilə qadının müraciət etdiyini bildirən Şener "onlardan dördü xidmət, biri isə reanimasiya şöbəsində müalicə olunur. Əvvəlki aylara baxdığımızda hamilə qadınların yoluxmasında 2-2,5 dəfə artım var. Bunun əsas səbəbi isə "delta" ştammı və bu qrup qadınların vaksin olunmaması ilə əlaqədardır" - qeyd edib.

Professor əlavə edib ki, hamiləlik dövründə yaşana biləcək COVID-19 xəstəliyinin müalicəsi də çətin olur.

"Hamilə qadınlar peyvənd edilməlidir ki, xəstəlik həm ana, həm də körpə üçün mənfi nəticə verməsin. Bu qrup xəstələr digər xəstə qruplarında olduğu dərmanlardan çox və rahatlıqla istifadə etməməlidir. Həm özləri, həm də körpə üçün yan təsirləri ola biləcəyi üçün diqqətli olmalıdırlar. Təəssüf ki, koronavirusa yoluxan ana olacaq şəxslərdə itki normal əhaliyə nisbətən daha yüksəkdir. Hamilə qadınlar da reanimasiya şöbələrində müalicə alırlar və onları intubasiya edərək ventilatora bağladığınız andan körpə hər an ölüm riski daşımağa davam edir. Bu pis nəticələrin qarşısını almaq üçün mütləq hamilə qadınlara COVID-19 peyvəndinin vurulmasını tövsiyə edirik. Çünki vaksinlərin bu günə qədər zərəri qeydə alınmayıb" - Şener vurğulayıb. (publika.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan və Rusiya prezidentləri Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında olublar - Yenilənib

Deputatlığa namizədin Nyu-Yorkda milyonluq villası: Məşhur Məmmədovu ölkədə “məşhur” edən fakt - Video

Malik Həsənov Lotu Qulinin öldürüldüyü hoteli satıb?

Deputatlığa namizəd Əlibala Məhərrəmzadənin bu çıxışı dindarları qəzəbləndirdi - Video

Maliyyəçi Elnur Rəhimovu “Bakı Tikiş Evi”ndən parlamentə kim və necə daşıyır?..

Ən güclü antioksidant mənbəyi: Ürəyi gücləndirir, bağırsaqları təmizləyir

Şoltsdan Ukraynaya yardımın dayandırılmasına reaksiya

Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib

Ən çox oxunanalar