Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Taliban” Əfqanıstanı ələ keçirdi, amma nəzarətl əldə saxlaya biləcəkmi?

“Ölkələrarası bir “göz” şəbəkəsi “Taliban”ın Əfqanıstan hökumətini devirməsinə kömək etdi, amma İŞİD kimi üsyançılar daha fərqli addımlar atırlar”...

Borzou Daragahi
“The Independent” qəzeti, 2 sentyabr 2021-ci il

O, hamı üçün Baqlandan Məzari-Şərifə gedən avtomobil yolunda təxminən 20 illik “Toyota Corolla” sürən orta yaşlı sadə bir əfqan idi. Ancaq 2019-cu ildə həmin gün yolu izləyən “Taliban” kəşfiyyatçıları və casusları üçün xüsusi bir adam idi. Bilirdilər ki, o, Kabil hökumətinin kəşfiyyat orqanı olan Əfqanıstan Milli Təhlükəsizlik Müdirliyinin yüksək rütbəli zabiti idi.

Puli Humri yaxınlığında onu vuran raket qurğusu, sanki, birdən-birə ortaya çıxmışdı. Ardınca güllə yağışları da yağdı. Mərhumun Türkiyədə mühacirətdə olan oğlunun verdiyi açıqlamaya görə, adamın qalıqları bir neçə dəqiqə sonra “Taliban”ın maraqlanmadığı Əfqanıstan əsgərlərindən ibarət bir konvoy tərəfindən tapılıb.

21 yaşlı gənc: “Hətta o vaxtı mən belə onun nə iş gördüyünü bilmirdim”, dedi. Amma “Taliban” bilirdi.

Kəşfiyyat “Taliban”ın Əfqanıstan hökuməti və onu dəstəkləyən beynəlxalq koalisiya üzərində qələbəsinin ən vacib elementlərindən biri idi. “Taliban”ın Əfqanıstan təhlükəsizlik qüvvələrinə sızması və həm beynəlxalq, həm də yerli qoşunların izlənməsi 20 illik mürəkkəb bir müharibədə gücünü itirən, lakin böyük səylə bu ay yenidən sükanı əlinə alan təşkilata üstünlük qazandırdı.

Ancaq keçən həftə Kabildə hava limanında törədilən partlayışdan da göründüyü kimi, “Taliban” nəzarəti qoruyub saxlamağı və legitimliyi qazanmağı ümid edirsə, kəşfiyyat əməliyyatlarını tezliklə İŞİD və onunla toqquşan digər silahlı qruplara yönəltməlidir.

Taliban” üçün özü kimi bir üsyançı qrupa sızmaq və onları əzmək yenicə devirdikləri hökumətdən daha çətin ola bilər. Əfqanıstandakı hökumətlərdə üsyançıların istifadə edə biləcəyi qaydalar və bürokratik normalar var. Hökumətlər qohumbazlığa qarşı çıxır və işə götürərkən üsyançıların qurumlara nüfuz etməsinə və təxribat törətməsinə imkan verən geniş bir şəbəkə yaradır. İkili sədaqət ittihamları sübutlarla dəstəklənməli və şübhəlilər üçün qanuni tədbirlər görülməlidir.

Lakin üsyançı qruplar bu qaydalara bağlı deyillər. Məsələn, kimisə qəbul edərkən daha sərt yoxlama prosedurlarından istifadə edə bilərlər. Yeni başlayanlar və etibarlı agentlər arasında qan əlaqələrinin olması bir üstünlükdür. İttiham edilən satqınlara özlərini müdafiə etmək imkanı verilməməlidir. Hər hansı bir sızıntı etdiyinə şübhə duyulan şəxs tez bir zamanda edam edilə bilər.

Hökumətlər fərqli təşkilatlarla digər dövlətlərin məmurları və bürokrasiyaları ilə əməkdaşlığın daha təsirli olduğu kompleks qurumlardan ibarətdir. Bununla yanaşı, düşmən tərəfindən istismar edilə biləcək sızdırma yanlış kommunikasiya və ya gecikmə ehtimalını da artırır.

Taliban” və ya İŞİD kimi üsyançı qruplar isə fərqli problemlərlə üzləşirlər. Elektron ünsiyyətin üstün güclər tərəfindən pozulacağından qorxaraq, bir-birlərinə kəşfiyyat ötürmək üçün tez-tez üz-üzə qarşılıqlı əlaqəyə etibar edirlər. Əlbəttə ki, bu üsul daha yavaş, lakin daha təhlükəsizdir.

İndi “Taliban” hakimiyyətdə olduğuna görə, o, cümə axşamı hava limanına dağıdıcı hücumu edərək hərtərəfli müharibə siqnalı verən İŞİD-dən özünü qorumaq üçün sürətini kəskin şəkildə dəyişməli və köhnə üsullarından əl çəkməli olacaq.

Taliban” nümayəndəsi Suhail Şahin qrupun rəsmi adından istifadə edərək yazdığı tweet-də: “İslam Əmirliyi ABŞ qüvvələrinin təhlükəsizliyə cavabdeh olduğu bir bölgədə meydana gələn Kabil hava limanında mülki vətəndaşlara edilən bombalı hücumu şiddətlə pisləyir”, deyə qeyd edib.

İslam Əmirliyi öz xalqının təhlükəsizliyinə və qorunmasına böyük diqqət yetirir və pis qrupların da mütləq şəkildə qarşısı alınacaq.

İllər əvvəl Əfqanıstana etdiyim bir səfərimdə bir mənbə mənə “Taliban”ın kəşfiyyat əməliyyatlarında qulaqların gözlərdən daha dəyərli olduğunu dedi, amma bu da mübahisəlidir. Qrupun millətin hər tərəfinə səpələnmiş məlumat qüvvələri var, onlara qoşun hərəkətləri, şəxsi heyət sayı və silahlar haqqında ən vacib məlumatı verir. Lakin “Taliban” silahla nə edə biləcəyini və ya rəqəmlərin nə demək olduğunu başa düşmək qabiliyyətinə malik deyildi.

Son bir neçə ildə “Taliban”ın kəşfiyyat gücü Məzari-Şərifə gedən o kəşfiyyat məmuru kimi hərbi konvoylara və hökumət rəsmilərinin hərəkətlərinə qarşı uğurlu hücumlar həyata keçirdi.

ABŞ kəşfiyyat orqanları bütün imkanlarına baxmayaraq, Əfqanıstan prezidenti Əşrəf Qani hökumətinin də sürətlə çökəcəyini gözləmədilər. Göründüyü kimi, amerikalılar Kabilə mümkün hücum barədə danışarkən, hələ də “Taliban”ın harada və nə vaxt hücum edəcəyini bilmirdilər. İŞİD-in təşkil etdiyi Həmid Karzai Beynəlxalq Hava Limanına edilən hücumda ABŞ 13 hərbçisini itirdi.

Ancaq xaosda “Taliban” göz şəbəkəsi bir az daha yaxşı işləyirdi. Qrup qoruduqları hava limanına hücumu öncədən bilməyib və həm 28 döyüşçüsünü, həm də Əfqanıstana təhlükəsizlik və sabitlik gətirəcəklərinə dair inancını itirib.

Əfqanıstanın etnik Pəştun tayfasının dəstəyindən istifadə edən “Taliban” ölkəni casuslarla doldurmuşdu.

Bir əfqan mənbə “Taliban”ın iki ildən artıqdır ki, Kabildə və ətrafında bir şəbəkə qurduğunu deyib. Hansı ailələrin kimə və harada işlədiyini bilirlər.

Bu cür kəşfiyyat qabiliyyəti bir hökuməti devirmək üçün təsirli ola bilər, ancaq üsyançıları tapmaq və hücumların qarşısını almaq üçün fərqli vasitələrə ehtiyac var.

Taliban” Kabili ələ keçirdikdən sonra bir əfqan yerli polis idarəsinə baş çəkdi, amma indi məsul şəxsin əşya təmiri sexində işləyən sakit bir məhəllədən olduğunu görüb. Bu adam əvvəldən gizli bir aşağı rütbəli “Taliban” komandiri idi.

İndi nəzarət onda olduğu üçün həyəcan siqnalı verən və yan küçədəki təvazökar satıcı və ya zəhmətkeş işçinin gizli şəkildə ona zərər verməyə çalışan üsyançı olub olmadığını düşünmək məcburiyyətində qalacaq.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

Azərbaycanın yanğınsöndürmə təyyarəsi az sonra Türkiyənin hava limanına enəcək

Neftçala sakinlərinin kabusuna çevrilən “Dinamik Ocean”: Əhalini xəraca bağlayan şirkəti qoruyan kimlərdir?

Livanın bütün ərazisində elektrik enerjisi kəsilib

Mikayıl İsmayılovun oğlunun Fidanla bağlı 100 minlik tələbi rədd edildi

"Bakıdan Qazaxa 12 manat, Şuşaya 26 manat?" - Şikayət

İsrailə raket yağışı: "Hizbullah" Livandakı hücuma cavab verdi

Qayınanasının fotosunu paylaşıb bunları yazdı

Ən çox oxunanalar