Bazar ertəsi, 26 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əfqanıstanda 20 il qalan Qərb radikalizm üçün yeni bir sığınacaq yaratdı...

20 il sonra və 2 trilyon dollardan çox sərmayə ilə aparılan bu müharibənin məqsədi radikalizmi məhv etmək idi, lakin son nəticədə müharibə radikallaşma üçün yeni bir sığınacaq yaratmağı bacaran ən acınacaqlı məğlubiyyətə çevrildi....

Evgeniy Lebedev
“The Independent” qəzeti, 30 avqust 2021-ci il

2011-ci ilin sentyabrında olan hücumların 10-cu ildönümündə Əfqanıstanın o vaxtkı prezidenti Həmid Kazai ilə bir neçə gün prezident sarayında vaxt keçirdim. Mənimlə ölkəsinə olan ümidləri haqqında danışdı, amma bunu Qərbə inamsızlığı və Qərbin bir daha Əfqanıstan xalqını tərk edəcəyi qorxusu ilə təkrar-təkrar gündəmə gətirdi.

İndi həqiqətən də Əfqanıstanı tərk etdik. Qərbin Əfqanıstandakı bütün məqsədləri boşa çıxdı: qızların təhsil alması, vətəndaş cəmiyyəti qurulması, institutların yaradılması, qanunun aliliyi və qadın hüquqlarının bərqərar olması...

Bütün bu vədlər yalnız Əfqanıstan xalqına deyildi, həm də gənc oğlan və qızların vuruşmağa məcbur olduqlarını, tez-tez ölü və ya şikəst olaraq geri döndüklərini görən ingilis seçicilərinə də xəyanət edildi.

Münaqişə zamanı Helmanddakı bazalarda ingilis əsgərləri ilə vaxt keçirdim. Verilən vəzifəni yerinə yetirərkən göstərdikləri fədakarlığı və bağlılığı gördüm. İngiltərə Əfqanıstandakı müharibəyə 22 milyard funt sterlinq xərcləyib (hər ev üçün təxminən 1500 funt sterlinq) və 455 əsgərini itirib. Bütün bu xərclənən pullar, bütün həyatlar və səylər sonda bir şeyə çevrilə bilmədi.

20 il sonra və 2 trilyon dollardan çox sərmayə ilə aparılan bu müharibənin məqsədi radikalizmi məhv etmək idi, lakin son nəticədə müharibə radikallaşma üçün yeni bir sığınacaq yaratmağı bacaran ən acınacaqlı məğlubiyyətə çevrildi.

Bundan məsul olan hər hansı bir lider (daha çox prezident Bayden, lakin İngiltərə baş naziri də daxil olmaqla) Sayqonun süqutundan bəri ən dəhşətli xarici siyasət fəlakətinə yol verdiyi üçün utanmalıdırlar. Xüsusilə bu məğlubiyyətin qarşısı alına bildiyi halda, alınmadığı üçün. Qoyub qaçmaq qərarı alınana qədər Əfqanısatan yalnız 10.000 NATO əsgəri 400.000 əfqan əsgərindən ibarət bir qüvvəyə sahib idi. Qoşunlara geri çəkilmələri əmr edildi və bu da geridə qalanların döyüş gücünü və motivasiyasını ölümcül şəkildə yaraladı.

Ən pisi də budur ki, bu qərarın Əfqanıstan hökumətində yaratdığı qaçılmaz məğlubiyyət proqnozu insanların hələ vaxt var ikən xaricdə bank hesablarını doldurmağa çalışmaları nəticəsində böyük bir talana səbəb oldu.

Bir atəş belə açmadan şəhərləri təslim edən Əfqanıstan əsgərlərinin əksəriyyətinə aylarla maaş verilməmişdi. Ona görə də əfqan əsgərlərin döyüşmək iradələrini itirmələri və silahlarını təhvil vermələri üçün “Taliban”ın təklif etdiyi 500 dollara aldanmaları heç təəccüblü deyil.

Cəmi 5 həftə əvvəl prezident Bayden inamla deyirdi ki, amerikalılar “qeyd-şərtsiz” ABŞ-ın Kabildəki səfirliyindən vertolyotla çıxarılacaqlar. İndi isə vəziyyət başqa cürdür. Amerika prezidenti üçün bundan daha açıq bir təhqir ola bilərmi?

Sayqon itirildikdə ​​müharibə də bitdi. Kabilin süqutu isə silahlı İslama yeni bir sığınacaq təmin etməklə yanaşı, həm də ona yeni və güclü bir ideologiya da bəxş eləmiş oldu. Artıq radikkaların öz sıralarına daha çox əsgər cəlb etmək şansları var və bu da kənd və şəhərlərimizdə daha çox qan tökülməsi riskini artırır.

15 avqustda şahidi olduğumuz hadisənin təhlükəsi məhz budur. Yalnız gələcək aylarda və illərdə Əfqanıstanda məğlub olduğumuz müharibənin əsl miqyasını öyrənəcəyik.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Almaniya Bundesliqası: "Bavariya" "Volfsburq"a qalib gəldi

Azərbaycan və İran XİN rəhbərləri regional məsələləri müzakirə edib

Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Rəqibindən Nəsiman Yaqublunun faciəvi ölümünə reaksiya

Kardioloq ürək üçün ən təhlükəli 7 vərdişi açıqlayıb

BQXK Azərbaycanda saxlanılan Qarabağ separatçılarına baş çəkib

Pakistan sıxılmış qaz almaq üçün Rusiya ilə danışıqlar aparır

Xərçəng böhranı : ABŞ şirkəti anti-Rusiya sanksiyalarına görə müflis olur...

Bütün Ukraynada hava hücumu xəbərdarlığı elan edildi

Azərbaycanda 600-dən çox bal toplayan iki nəfər ali məktəbə qəbul olmayıb

Ən çox oxunanalar