Cümə axşamı, 08 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sumqayıtda çətənə yetişdirən şəxs saxlanıldı

Polis əməkdaşları tərəfindən Sumqayıt şəhəri ərazisində narkotik vasitə, eləcə də, psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyatlar davam etdirilir.

Aparılan əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhərində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb. Sumqayıt polisinə daxil olan əməliyyat məlumatı əsasında şəhərin Hacı Zeynalabdin qəsəbəsində fərdi yaşayış evlərinin birində narkotik vasitə yetişdirildiyi məlum olub. Belə ki, aparılan tədbirlər zamanı qəsəbə ərazisində Sumqayıt şəhər sakini, 1962-ci il təvəllüdlü Mütəlimov Ağadat Qəzənfər oğlunun həyətyanı sahəsindən ümumi çəkisi 8 kiloqram olan 11 ədəd çətənə kolu aşkar edilərək götürülüb. A. Mütəlimov maddi sübut kimi götürülmüş 11 ədəd çətənə kolu ilə birlikdə istintaq orqanına təhvil verilib.

Sumqayıt polisinin şəhər ərazisində həyata keçirdiyi digər əməliyyat zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 3 nəfərdən ibarət qrup üzvləri saxlanılıb. Şəhərin 9-cu mikrorayon ərazisində həyata keçirilmiş tədbirlər nəticəsində şəhər sakinləri Elçin İmanov, əvvəllər məhkum olunmuş Tural Bayramlı və Azər Musayev saxlanılıb. Onların üzərinə keçirilən baxış zamanı narkotik maddə olan heroin aşkar edilərək götürülüb. Məlum olub ki, E. İmanov narkotik maddəni tanışı T. Bayramlıdan alıb. Sonuncuya isə narkotik maddəni A. Musayev satıb.

Daha bir əməliyyat zamanı isə şəhərin müxtəlif ərazilərində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Teymur Həmzəyev, Arif Hüseynov, Səfər Əliyev və İlqar Əliyev saxlanılaraq istintaqa cəlb edilib. Saxlanılan şəxslərin üzərinə keçirilən baxış zamanı müxtəlif bükümlərdə heroin və psixotrop maddə olan metadon aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq gedir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İşdən çıxarılan icra başçısı kimdir? - Dosye

“Neftçala Aqropark” kimlərə görə və nə üçün faəliyyətə başlaya bilmir?

Paris-2024: Həsrət Cəfərov yarımfinalda azərbaycanlı güləşçi ilə qarşılaşacaq - Yenilənib

Qaçaqmalçılıq cinayətlərinin törədilməsinə şərait yaradan gömrük işçiləri həbs edilib

Poddubnının həlak olması ilə bağlı məlumat təkzib olunub - Yenilənib

Mərdəkanda 52 yaşlı kişi tüfənglə qətlə yetirilib -  Cinayət işi başlanıb

Pezeşkian Xameneidən İsrailə hücumdan çəkinməyi xahiş edib

İlham Əliyev Berdiyevin vəfatı ilə bağlı başsağlığı verdi

Haniyənin ölümü: Şahid hadisənin təfərrüatını danışdı

İsrailə qarşı ən amansız HƏMAS lideri - Yəhya Sinvar kimdir?

"Salamat yeri yox idi" - Veteran yerləşdirildiyi psixiatriya xəstəxanasında döyülüb?

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay