Bazar ertəsi, 29 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gorus-Qafan yolunun uzun müddət bağlanması Ermənistanda hansı prosseslər doğura bilər?

Ermənistan mətbuatının yazdığına görə isə Azərbaycan hərbiçisi Ağdərədə əsir götürülüb və onun haqqında cinayət işi açılıb...

Hərbi ekspert: “Azərbaycanın Gorus-Qafqan yolunun Azərbaycandan keçən hissəsini bağlaması Azərbaycan tərəfinin tamamilə haqqıdır. Buna görə də burada bir problem görmürəm”.

“Əsir düşən hərbi qulluqçumuz təcili surətdə Azərbaycan tərəfinə qaytarılmazsa, bunun Ermənistan üçün heç də xoş olmayan nəticələrinin olması labüddür”.

Bu sözləri hərbi ekspert Ədalət Verdiyev dünən və bu gün sərhəddə baş verən bıçaqlanma və əsir düşmə hadisələrini PİA.az-a şərh edərkən qeyd edib.

Dünən iki erməni hərbiçisinin əsgərimizə hücum edərək bıçaqla yaralamasından sonra Azərbaycan Ermənistanı İranla birləşdirən yolu bağlayıb. Ermənilər yolun bağlanmasını üçtərəfli bəyanatın pozulması kimi dəyərləndirib və erməni mətbuatı, o cümlədən Ermənistanın faşist təxayüllü ombudsmanı haray-həşir salmaqdadır. Qəribədir ki, Gorus-Qafqan yolunun bağlanmasını insan haqllarının kobud şəkildə pozulması kimi dəyərləndirən Armen Totoyan Naxçıvanın əhalisinin yolunun 30 ildən artıqdır ki, bağlanmasını təbi hal kimi görür.

Ermənistanı İranla birləşdirən Gorus-Qafqan yolunun uzun müddət bağlanması Ermənistanda hansı prosseslər doğura bilər və o yoldan istifadə üçtərəfli bəyanatla nə qədər əlaqəlidir?

Qeyd edək ki, Ermənistan mətbuatının yazdığına görə isə Azərbaycan hərbiçisi Ağdərədə əsir götürülüb və onun haqqında cinayət işi açılıb. Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumatda isə bildirilir ki, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlu Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib və ehtimal olunur ki, hərbi qulluqçumuz Rusiya sülhməramlılarının nəzarətində olan əraziyə keçib.

Azərbaycan tərəfi dəflərlə təxribat məqsədi ilə Azərbaycan tərəfə keçən erməni hərbiçilərini sülhməramlılara təhvil verib. Erməni tərəfin bu davranışını necə dəyərləndirmək olar?

Mövzunu PİA.az-ın əməkdaşı hərbi ekspert Ədalət Verdiyev ilə müzakirə edib.

Ədalət Verdiyev: “Yaxın zamanda erməni tərəfi bu fəaliyyətlərinin ağır nəticələrini özlərində hiss edəcəklər”.

Ermənistan tərəfinin Ağdərə istiqamətində hərbiçimizin əsir götürülməsinə dair artıq video görüntü yaydığını bildirən ekspert PİA.az-a açıqlamasında qeyd edib ki, :

Ermənistan tərəfinin birgə bəyanatın tələblərini yerinə yetirmədiyini dəfələrlə nümayiş etdirib. Qarabağa erməni silahlılarının və İran maşınlarının buraxılmasına göz yuman Rusiya sülhməramlıları da bəyanatda üzərinə düşən vəzifələrin yerinə yetirilməsinə kifayət qədər səhlənkarlıqla yanaşdıqlarını dəfələrlə ortaya qoyub. Belə olan halda Azərbaycanın Gorus-Qafqan yolunun Azərbaycandan keçən hissəsini bağlaması Azərbaycan tərəfinin tamamilə haqqıdır. Buna görə də burada bir problem görmürəm. Yol uzun müddət bağlı qalarsa, təbii ki, Ermənistanda yeni siyasi böhran yaranacaq. Ona görə də Ermənistan hakimiyyəti bundan sonra atdıqları addımlara fikir verməli və Azərbaycana qarşı təxribatlara son verməlidir.

Sərhəddə əsgərimizin yaralanmasına görə də Sərhəd Qoşunları bunun artıqlaması ilə cavabını verməyə tam qadirdir. Yaxın zamanda erməni tərəfi bu fəaliyyətlərinin ağır nəticələrini özlərində hiss edəcəklər.

Əsir götürülən əsgərimizə gəlincə, Ermənistan tərəfi Ağdərə istiqamətində hərbiçimizin əsir götürülməsinə dair artıq video görüntü yayıb. Lakin Azərbaycanın Müdafiə Nazirliyi bu məsələ ilə bağlı verdiyi açıqlamada bildirib ki, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlu Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib və ehtimal olunur ki, hərbi qulluqçumuz Rusiya sülhməramlılarının nəzarətində olan əraziyə keçib. Əsgərin hansı şəraitdə Rusiya sülhməramlılarının məsuliyyəti altında olan əraziyə keçməsi ilə bağlı detallara malik deyilik. Amma hesab edirəm ki, həmin əsir düşən hərbi qulluqçumuz təcili surətdə Azərbaycan tərəfinə qaytarılmazsa, bunun Ermənistan üçün heç də xoş olmayan nəticələrinin olması labüddür”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Mustafa Abbasbəyli haradadır? - Səssiz qalmaqla, yaddan çıxmaq istəyir

Maaşlar bu qədər artacaq - Dəqiq məbləğ açıqlandı

Paris-2024: Hidayət Heydərov mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

Seçicilər Kamaləddin Qafarova od püskürdü: Tanımırıq...

Yunanıstan Türkiyənin dəniz sərhədlərini tanıdı... - İki ölkə arasında “soyuq müharibə” ortadan qalxacaq?

Hacı Məmmədovun bandasındakı şəxs azadlığa buraxıldı

DSX əməkdaşının sosial şəbəkələrdə yayılmış videogörüntüsü ilə bağlı açıqlama

Məşhur istirahət mərkəzi “Atlant”ın üzərinə həbs qoyulubmuş – Tahir Qədəşov çətin durumda

Qəbələdə üç il əvvəl törədilən qətlin üstü açılıb

Naxçıvanda seçki: Vasif Talıbov və oğlu yenidən namizəd olacaqlar?

Ən çox oxunanalar