Şənbə, 20 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ETSN: "Xəzərin səviyyəsi 1,5 metr aşağı düşüb"

Son 10 ildə Xəzər regionunda baş verən iqlim dəyişiklikləri su bioloji ehtiyatlarının həcminin əhəmiyyətli dərəcədə azalmasına səbəb olub. Xəzərin bioloji resurslarının vəziyyəti dənizlə ona tökülən çaylar arasında birbaşa əlaqədə qiymətləndirilməlidir. Hava istiliyində anomal artım hətta qış mövsümündə də müşahidə olunur.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Resursların Tədqiqatı Mərkəzinin direktoru, biologiya üzrə elmlər doktoru, professor Mehman Axundov deyib.

Onun sözlərinə görə, 2010-cu ildən sonra Kür çayının illik axını demək olar ki, 40-50% azalıb, oxşar proseslər Xəzərə daxil olan çay axınının 85%-ə qədərini təmin edən Volqada da müşahidə olunur: "Dəniz suyunun intensiv buxarlanması atmosfer temperaturunun iqlim artımı fonunda, Xəzər dənizinin səviyyəsinin demək olar ki, 1.5 metr aşağı düşməsinə səbəb oldu. Buna baxmayaraq, son illərdə Kür axınının azalması səbəbindən dəniz suyu Salyana qədər çayın aşağı axar hissəsini doldurmağa başladı. Təbii ki, bunun nəticəsində yarıkeçici (çəkikimi balıq növləri) və anadromlu (nərə balıqları, qızılbalıq) balıqların kürüləməsi və təbii çoxalması üçün Kürə girməsi qeyri-mümkün olur. Bu, son 5-6 ildə müşahidə edilir və bu o deməkdir ki, balıq ehtiyatlarının təbii artırılması mümkün deyil, balıq resursları getdikcə azalır. Bütün bunlar bizi nəinki qiymətli vətəgə əhəmiyyətli balıq növlərinin, həm də Xəzərin bütün endemik olan balıq faunasının, biomüxtəlifliyin azalması ilə təhdid edir".(report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

28 yaşlı kişi üzüyü qaytarmaq istəyən nişanlısını qətlə yetirdi - Məktəbə getməyə qoymurmuş

SOCAR-ın idarə rəisi öz qızının şirkətinə xidmət təşkil edir

Kəlbəcərdə mina partlayışlarında üç nəfər yaralanıb - Yenilənib

Əhməd Vəliyevin oğlu YAP-ın deputatlığa namizədi oldu: İngiltərəyə qədər uzanan ailə biznesi 

Elektromobillərimizi günəş enerjisi ilə şarj etmək bizə nə qazandıracaq?

“Microsoft”-la bağlı qlobal texniki nasazlıq Pentaqona təsir etməyib

Birinci Qarabağ müharibəsinin şəhidi İbrahim Vəliyev İmişlidə dəfn edilib - Yenilənib

Ağdərə rayonunun sərhədlərində mərz nişanları basdırılır

Fələstin bütün ölkələri İsraillə münasibətlərə yenidən baxmağa çağırıb

Ən çox oxunanalar