Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tarixin ən bahalı savaşı - ABŞ Əfqanıstandan niyə çəkilməli idi?..

İraq və Əfqanıstanda baş verənlər tarixin ən bahalı müharibələrindəndir.­ İki müharibənin dəyəri 2 trilyon dolları ötüb...

Nedim Kuteyş
“Şarkul Avsat” qəzeti, 17 avqust 2021-ci il

ABŞ -ın Əfqanıstandan çıxması mümkündürmü? “Taliban”ın sürətlə irəliləməsi, paytaxt Kabilə gəlişi və prezident Əşrəf Qaninin getməsi prosesi davam edərkən, ABŞ-ın Əfqanıstandan çəkilməsinə dair siyasətində və mediadakı reaksiyaların mərkəzində bu sual dururdu.

Qanuni olmasına baxmayaraq, müzakirələrdə demək olar ki, heç vaxt verilməyən sual isə budur: “ABŞ niyə Əfqanıstandan geri çəkilməsin?”

Cavab üç ABŞ reallığını ortaya qoyur:

1) İraq və Əfqanıstanda baş verənlər tarixin ən bahalı müharibələrindəndir.­ İki müharibənin dəyəri 2 trilyon dolları ötüb (bu məbləğ bircə Əfqanıstanı əhatə etmir). Vaşinqton tarixində müharibə səylərini dəstəkləmək üçün hazırlanan müharibə istiqrazları və ya vergilərlə maliyyələşdirilən hər hansı bir müharibədən fərqli olaraq, bu 2 trilyon dollar sırf borc götürülmüş puldur. 2050-ci ilə qədər bu borcun təxminən 6,5 trilyon dollara çatacağı gözlənilir. Bu vəziyyətdə müharibənin nəticələrindən asılı olmayaraq, ABŞ niyə bu cür bahalı müharibəni dayandırmasın?

2) Əfqanıstanda müharibənin başa çatması bu gün Amerika millətinin birliyini təhdid edən dərin etnik və irqi parçalanmalardan, hər cür siyasi və sosial bölünmədən əziyyət çəkən ABŞ-da nadir hallarda rast gəlinən, geniş yayılmış xalq dəstəyini qazanıb. Bəs niyə bir ABŞ prezidenti sona çatması bu qədər gözlənilən bir müharibəni bitirməsin?

3) Xalqın, demək olar ki, yekdil dəstəyinə əlavə olaraq, Əfqanıstandan çəkilmə qərarı Vaşinqtondakı bütün siyasi elita tərəfindən dəstəklənir. Prezident Co Baydenin israr etdiyi nadir siyasi kurslardan biri olan geri çəkilmə qərarı ona sələfi Donald Trampdan miras qalıb. Bu gün Vaşinqtonda Baydenin qərarına qarşı bəzi Respublikaçıların şişirdilmiş siyasi təzyiqlərinə gəldikdə isə onlar Amerikanın paytaxtında klassik siyasi riyakarlıq oyununun bir parçasıdırlar. Bu halda ABŞ prezidenti müttəfiqlərindən əvvəl, rəqiblərinin geri çəkilmə qərarını təsdiqlədiyi bir müharibədən niyə geri çəkilməsin?

Nəticələri izləyərkən, əsas çaşqınlıq yaradan məsələ nüfuzu iki qütb arasında qalan bir Amerika prezidenti ilə üz-üzə olmağımızdır.

Birincisi, Konqresin Xarici Əlaqələr Komissiyasında uzun illər çalışan, dünyadakı çoxsaylı münaqişə və böhranlarda təmsilçi olaraq təyin edilən və beynəlxalq münaqişələrin əksəriyyətində liderlərlə və nüfuzlu şəxslərlə zəngin görüşlər keçirən Bayden ata Corc Buşdan bu yana xarici siyasət sənədlərində ən təcrübəli prezidentdir.

Bununla birlikdə, Respublikaçı Corc Buş və Demokrat Barak Obama administrasiyalarınd­a çalışan müdafiə naziri Robert Qeytsə görə, Bayden son 40 ildə ələ keçirdiyi bütün xarici siyasət və milli təhlükəsizlik sənədlərində səhv seçimlər edib.

Həqiqətən də, ABŞ-ın xarici siyasətini izləyənlər Baydeni ABŞ tarixinin ən uğurlu və dəqiq hərbi müdaxilələrdən biri olmasına baxmayaraq, Səddam Hüseyni Küveytdən qovmaq üçün təşkil edilən “Sıhra Fırtınası” əməliyyatına qarşı çıxmaqda günahlandırırlar. Buna qarşı olaraq Bayden 2003-cü il tarixinin başlanğıcı, konteksti və nəticələri ilə Amerika tarixində ən problemli müharibə olan Səddam Hüseyni devirən 2003 -cü il müharibəsinin lehinə səs vermişdi. O, həmçinin, İraqla bağlı ən mübahisəli fikirlərə, xüsusən də ölkəni sünni, şiə və kürd olmaqla 3 hissəyə bölmək fikrinə sahib idi.

Baydenin geri çəkilmə qərarında daha çox qarışıqlıq yaradan məqam isə bu qərarın Amerika siyasətinin bir hissəsi olduğu, yoxsa Vaşinqtonun sol ritorikasının hakim olduğu Demokratlar Partiyasının ideologiyasına görə verilmiş olmasıdır. Solun hekayələri iki məsələyə əsaslanır: sivil dövlətin siyasət və cəmiyyətin idarə olunmasındakı rolunu gücləndirmək və Amerika dövlətinin hərbi xarakterini zəiflətmək.

Oxucunun son bir neçə gündə gördüyü ən açıq bənzətmə, bəlkə də, Vyetnamın Sayqon şəhərinin əksinə olaraq, ABŞ səfirliyi deyil, MKİ tərəfindən istifadə edilən bir binanın damından havaya qalxan Amerika helikopteri ilə bu gün Əfqanıstanın paytaxtı Kabildə önə çıxan görüntülər arasındakı bənzərlikdir. Bu müqayisə bütün dünyaya yayılıb. Ancaq bu yanaşmadakı çatışmazlıq ABŞ-ın Sayqonu itirməsi, lakin sonradan Vyetnamı geri almasıdır. Həmçinin, 1975-ci ildə Vyetnam Müharibəsində məğlub olmasını, lakin 1989-cu ildə Soyuq Müharibəni qazanmasını və təkcə Asiyadakı kommunist müttəfiqini deyil, həm də Sovet İttifaqını da tamamilə sona çatdırmasını unutmaq olmaz.

İndi də oxşar vəziyyətlə üz-üzə olub-olmadığımıza əmin deyiləm. Ancaq Vaşinqtonun qərarına edilən etirazlar bəzi aspektlərinə görə olduqca mənalıdır. Amerika imperializminin ən şiddətli əleyhdarları geri çəkilmə qərarına ilk qarşı çıxanlar və ya gizli şəkildə olsa da, qorxub narahat olanlar idi. Çin rejim adından danışan şərhçilər vasitəsilə və rəsmi mətbuat orqanlarından bunu “məsuliyyətsiz” bir qərar kimi qiymətləndirib. Çin Sincan Uyğur Muxtar Bölgəsindəki müsəlman azlıqlara qarşı davranışlarına görə “Taliban”la qarşıdurma aparsa, bunun İslami ideoloji ölçülərindən narahat olur. Çin təxminən 10 ildir xarici siyasətinin ən əhəmiyyətli elementi olan “Bir Kəmər Bir Yol” təşəbbüsü və ya “Yeni İpək Yolu” layihələrinin, xüsusilə Əfqanıstan və Pakistan başda olmaqla inkubasiya mərkəzi olan Asiyanın sabitliyindən də narahatdır. Bu mövzular Çin Xarici İşlər naziri ilə “Taliban” nümayəndələri arasında son danışıqlara damğa vurub.

İran hər zaman olduğu kimi qorxularını ABŞ-ın bölgədən çıxmasını alqışlayan bir ritorika ilə gizlədib. Halbuki keçmişdə “Taliban” rejimini devirmək üçün Vaşinqtonla əməkdaşlıqda əsas rol oynayırdı. Bunun üçün işğalçı Vaşinqtonla əfqan “Şimali İttifaqı” milisləri arasında bir ortaqlıq təmin etmişdi. İran bu gün təxminən min kilometrlik quru sərhədi olan və əhalisi 15% şiə olan bir ölkə üzərində sərt bir sünni rejimin nəzarəti həyata keçirəcəyindən qorxur. Bu səbəbdən, İran bu mövzular əsasında “Taliban”la birbaşa dialoqlara ev sahibliyi etmək üçün tələsdi.

Çin isə İranı 2001-ci ildən bəri ABŞ-ın Əfqanıstanda olmasından ən çox fayda götürən tərəflərdən biri olaraq görür. Hər ikisinin Vaşinqtonla ortaq maraqları var. Bu ölkədə qalmaq hər ikisinin də xeyrinədir. Ancaq geri çəkilmə qərarı ilə ABŞ bundan birbaşa faydalananların ölkələrin Əfqanıstan üçün pul ödəməsini üstün tutur. Bu vəziyyətdə “Taliban”la anlaşmaq üçün xərcə düşəcək ölkələr İran, Çin və az dərəcədə Rusiyadır.

Bu ölkələr ya maraqlarını qorumaq üçün kompromisə gedəcəklər, ya da qeyri-sabitliyin nəticələri ilə üz-üzə qalacaqlar. Hər iki halda da Vaşinqton geri çəkilmə qərarı ilə real təzyiq sənədləri yaratdı. Hər kəslə ziddiyyət və mübahisə yaşadığı bir vaxtda bu sənədləri iranlıların, çinlilərin, rusların və “Taliban”ın boynuna qoydu. Meydanda və siyasətdə başqaları tərəfindən şantaj edilməkdən xilas oldu. Qısa müddətdə geri çəkilmə qərarı Vaşinqtonun müttəfiqlərinin ona olan etibarına təsir göstərə bilər. Ancaq uzunmüddətli perspektivdə ABŞ hər kəs üçün əvəzolunmazdır. Bir daha xatırlatmaq üçün qeyd edək: Vaşinqton Sayqondan çəkildi, amma Vyetnamı qazandı. Bu isə başqa bir müqayisədir.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Milli Məclisin sədri Özbəkistana işgüzar səfərə gedib

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Magistral yollarda görmə məsafəsi məhdudlaşacaq

“X”in məhkəmədə uduzması tədqiqat üçün böyük qələbə adlandırıldı

Ən çox oxunanalar