Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yeni məşqçilər heyəti Azərbaycan millisinin cüdoçularına təqdim olunub

Bakı Olimpiya Stadionunda yerləşən Azərbaycan Cüdo Federasiyasının təlim-məşq zalında yeni təyin olunmuş məşqçilər heyəti kişilərdən ibarət milli komandanın üzvlərinə təqdim edilib.

Federasiyadan "Report"a verilən məlumata görə, qurumun vitse-prezidenti Sadıq Sadıqov təqdimat mərasimində çıxış edərək, millinin heyətində gənc, perspektivli cüdoçuların çox olduğunu, eyni zamanda yeni məşqçilər heyətinin də kifayət qədər təcrübəli olduğunu söyləyib və bu səbəbdən komandada sağlam rəqabətin yaranacağına inandığını bildirib.

Yığmanın sabiq baş məşqçisi Ruslan Maşurenko isə komanda ilə vidalaşıb. O, yeni məşqçilər heyətinə və cüdoçulara uğur diləyib.

Sonra tanınmış cüdo mütəxəssisi, federasiyanın Daimi Fəaliyyət Komissiyasının sədri Ağayar Axundzadə çıxış edərək yeni məşqçilər heyətinə, komandaya bir ağsaqqal kimi öz xeyir-duasını verib, müvəffəqiyyət arzulayıb. Təcrübəli mütəxəssis cüdoçuların 2024-cü ildə Parisdə keçiriləcək növbəti olimpiya oyunlarında daha yaxşı nəticələr göstərəcəklərinə inandığını ifadə edib.

Sonra milli komandanın yeni baş məşqçisi Mövlud Mirəliyev göstərilən etimada görə Azərbaycan Cüdo Federasiyasının rəhbərliyinə minnətdarlığını bildirib və onlara bəslənən ümidi doğrultmaq üçün var gücləri ilə çalışacaqlarını söyləyib. Təcrübəli cüdoçu, Avropa və dünya çempionatının mükafatçısı Nicat Şıxəlizadə peşəkar idmançı karyerasını başa vurduğuna görə, milli komandaya yeni kapitan seçilib. Avropa çempionu, iki dəfə dünya çempionatının gümüş medalçısı və Rio Olimpiadasının mükafatçısı Rüstəm Orucov bundan sonra kişilərdən ibarət milli komandanın kapitanı olacaq.

Təqdimat mərasimində federasiyanın baş katibi Elmar Babanlı və onun müavini Elnur Əşrəfoğlu da iştirak edib.

Xatırladaq ki, yeni məşqçilər heyətində Mövlud Mirəliyevlə yanaşı Elçin İsmayılov, Zaur Babayev, Elxan Rəcəbli, Şümşat Bəhramov və İlham Məmmədov yer alıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

Azərbaycanın yanğınsöndürmə təyyarəsi az sonra Türkiyənin hava limanına enəcək

Neftçala sakinlərinin kabusuna çevrilən “Dinamik Ocean”: Əhalini xəraca bağlayan şirkəti qoruyan kimlərdir?

Livanın bütün ərazisində elektrik enerjisi kəsilib

Mikayıl İsmayılovun oğlunun Fidanla bağlı 100 minlik tələbi rədd edildi

"Bakıdan Qazaxa 12 manat, Şuşaya 26 manat?" - Şikayət

İsrailə raket yağışı: "Hizbullah" Livandakı hücuma cavab verdi

Qayınanasının fotosunu paylaşıb bunları yazdı

Ən çox oxunanalar