Bazar ertəsi, 29 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Nyu-York Tayms”ın Qarabağ reportajı

ABŞ-ın “Nyu-York Tayms” qəzetində “Dağlıq Qarabağda yerüstü minalar, buldozerlər və hökm sürən gərginlik” başlıqlı reportaj dərc olunub.

Novator.az-ın məlumatına görə, reportajda 44 günlük müharibədən sonra bölgəyə dörd günlük səfərə gəlmiş jurnalistlərin – “Nyu-York Tayms”ın Moskva bürosunun rəhbəri Anton Troyanovski ilə fotoreportyor Sergey Ponomaryovun təəssüratları yer alır.

Bildirilir ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı yeddi rayonu 1994-cü ildən Ermənistanın nəzarətində olub: “Ancaq 2020-ci ildə Azərbaycan 44 günlük müharibə nəticəsində işğal olunmuş torpaqlarını və Dağlıq Qarabağın bir hissəsini azad edib”.

Jurnalistlər qeyd edirlər ki, onlar Azərbaycanın incisi sayılan Şuşa şəhərinə də gediblər, orada tikinti-quruculuq işlərini müşahidə ediblər, fotoşəkillər çəkiblər.

1990-cı illərin işğalı zamanı neçə-neçə azərbaycanlının doğma torpaqlarından qovulduğunu yazan jurnalistlər ermənilərin viran qoyduğu ərazilərə minalanmış sahələrin arasından, minalardan təmizlənmiş yollardan keçərək gəlib çıxdıqlarını bildirirlər. Onlar azərbaycanlıların dağılmış şəhər və kəndlərini yenidən bərpa etmək niyyətində olduqlarını vurğulayırlar.

Kəlbəcəri ziyarət edən xarici media nümayəndələri ötən ilin noyabrında ermənilərin dağıdaraq tərk etdikləri evləri öz gözləri ilə gördüklərini diqqətə çatdırırlar.

Ötən il həmin ərazini görmüş jurnalistlərdən biri budəfəki səfərində Kəlbəcər rayonunun mərkəzində bank şöbəsinin yerləşdiyi birmərtəbəli binanı tanıdığını qeyd edir. O, ötən il səfəri zamanı ermənilərin ərazini tərk edərkən bu binanın divarlarını çəkiclə necə dağıtdıqlarının şahidi olduğunu xatırladır.

Jurnalist yazır ki, o, ötən ilin oktyabrında Şuşada olarkən çoxmənzilli evin beton zirzəmisinə daxil olub və erməni qadınların orada gizləndiyini görüb: “Bu qadınlar 1990-cı illəri unutmadıqları üçün müharibənin nə demək olduğunu bilirdilər. Ancaq müasir silahların azman gücü bu dəfə çox fərqli idi”.

Jurnalist 2021-ci ilin iyun ayında Şuşaya səfəri zamanı həmin çoxmənzilli evin yerində boz torpaq gördüyünü yazır. Qeyd edir ki, Azərbaycanın tikinti-quruculuq işlərinə cəlb etdiyi britaniyalı memar Adrian Qriffits bu ərazinin yeni qala divarının bir hissəsi olacağını bildirib.

Reportajda qeyd olunur ki, prezident İlham Əliyev azərbaycanlıların təkcə dədə-baba torpaqlarına qayıtması ilə kifayətlənməyəcəyini, Şuşanı həmçinin Azərbaycanın mədəniyyət paytaxtına çevirəcəyini bəyan edib: “1990-cı illərin müharibəsinə qədər Şuşada 15 min nəfər yaşayıb və əhalinin çox hissəsi azərbaycanlı olub. Ötən ilin payızına qədər isə Şuşada 5 min erməni yaşayıb. Ermənilər Şuşanın onların tarixi torpağı olduğunu iddia etsələr də, bu ecazkar dağ şəhəri 19-cu əsrdə Azərbaycan musiqisi və poeziyasının beşiyi hesab olunub”.

Reportaj müəllifləri yazırlar: “Şuşadan şərqə doğru torpaq düz və qurudur. Ermənistan şəhərləri xarabalıqlara çevirməklə bölgəni bufer zonası kimi işğal etmişdi. Tank əleyhinə səngərlər arasında hələ də sovet dövrünün üzüm bağlarının beton sütunları dayanırdı. Bu sütunların bəzisinin arasında tikanlı məftillər vardı.

İndi isə ərazi ekskavatorlarla, asfalt döşəyən maşınlarla və tüstü iyi ilə doludur. Çünki şaxtaları təmizləmək üçün ərazidəki otlar yandırılır. Beynəlxalq aeroportun eniş-uçuş zolağı asfaltlanır”.

Reportajda deyilir ki, Azərbaycan bölgənin ən böyük şəhəri hesab edilən Ağdamı da 100 minlik əhalisi olan cənnətməkana çevirəcəyinə söz verib.

Mənbə: Nytimes.com

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Faiq Ağayevlə Zülfiyyə Xanbabayeva illər sonra bir arada

ETSN hava məlumatları ilə bağlı əhaliyə xəbərdarlıq edib

Qeyri-sabit hava şəraiti sabaha qədər davam edəcək 

Cəlilabadda hündürlükdən yıxılan azyaşlı ölüb

Lənkəranda intensiv yağışdan sonra Lənkərançay daşıb, həyətlərə su dolub - Foto, Video

Türkiyə ordusu İraq və Suriyada 16 terrorçunu zərərsizləşdirib

Mustafa Abbasbəyli haradadır? - Səssiz qalmaqla, yaddan çıxmaq istəyir

Sumqayıtda 45 yaşlı kişini elektrik cərəyanı vurub öldürüb

Seçicilər Kamaləddin Qafarova od püskürdü: Tanımırıq...

ABŞ İsraili Beyrutdakı “Hizbullah” hədəflərinə hücum etməməyə çağırıb

Fələstin lideri Mahmud Abbas Türkiyə parlamentində çıxış edəcək

Miley: Argentina Maduronun qələbəsini tanımır...

Ən çox oxunanalar