Çərşənbə axşamı, 27 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Taliban” dünya ictimaiyyəti tərəfindən tanına bilərmi, yoxsa “Əl-Qaidə” geri dönür?..

ABŞ Əfqanıstandan çıxaraq hamını cəzalandırdı. Bölgəni öz taleyinə buraxdı...

Emel Abdulaziz Hezzani
“Şarkul Avsat” qəzeti, 13 iyul 2021-ci il

Əfqanıstanda sürətlə yayılan etirazlar “Əl-Qaidə” xəyalını yenidən canlandırdı. “Taliban”ın ölkənin bir çox bölgəsini ələ keçirməsi xaric edilmiş beynəlxalq təşkilatın fəaliyyətinə qayıtması narahatlıq yaradıb. Bəs “Taliban”ın bu cür sürət qazanması “Əl-Qaidə”nin qayıtması mənasına gələ bilərmi?

Əvvəla bu gün Əfqanıstan torpaqlarında baş verənlər, yəni “Taliban” güclərinin vilayətləri və qərargahlarına, hətta 20 ildir Amerika əməliyyatlarının mərkəzi olan Baqram Hava Bazasına nəzarət etməsi İran, Pakistan, Hindistan, Çin, Rusiya və Mərkəzi Asiya ölkələrinin maraqlarının toqquşduğu Əfqanıstanda böyük bir yeniliyin müjdəçisidir.

Keçmiş ABŞ prezidenti Donald Tramp Ağ Evdəki son ilində Əfqanıstanın əvvəlki hökumətindən uzaqlaşaraq “Taliban” hərəkatı ilə tək tərəfli bir müqavilə imzalamışdı. Vaşinqton razılaşma yolu ilə “Taliban”ın zorakı əməllərini azaltması qarşılığında 2400 əsgərini tamamilə geri çəkəcəyinə söz verib. Əslində, bu sadə bir anlaşma idi və Vaşinqton 3400 ölü və 1 trilyon dollara başa gələn müharibə arenasından çəkilmək məqsədinə çatırdı.

Əslində, Vaşinqton ən azı 20 il əvvəl 2001-ci ildə “Əl-Qaidə”nin ideoloji və logistik sponsoru olan “Taliban”ı devirərək 11 Sentyabr hadisələrinin intiqamını alaraq geri çəkilə bilərdi.

Amerika Birləşmiş Ştatları uzun müharibələrin, cəmiyyətlərin toqquşduğu və bir-birini boğduğu ölkələrdə əsgərləri ilə birgə qalmaqdan qurtulmaq istəyir. Dohada imzalanan razılaşma da ona istədiyini verdi: geri çəkilmək və hədəfə alınmamaq üçün təminat. Bunun qarşılığında nə Əfqanıstana, nə də izləyici kimi qalan Əfqanıstan hökumətinə bir şey təklif etmədi.

Bu gün Amerika qüvvələri avqustun sonuna qədər ölkəni tamamilə tərk etməyə hazırlaşırlar. Yüksəliş zirvəsindəki “Taliban” hərəkatını və hökmranlığının qayıtmasına müqavimət göstərən əfqan hökumətini, xüsusən də şimal və şimal-şərq vilayətlərinə və təhlükəsizlik mərkəzlərinə edilən hücumları dəf etmək istəyənləri geridə qoyur. Hamı qorxu içindədir. İran şiə azlığı onları səylərini və mövqelərini Əfqanıstan hökuməti ilə birləşdirməyə təşviq edir. Rusiya Sovet İttifaqının dağılmasından əvvəl olduğu kimi, radikal sünni qruplaşmasından və onun Mərkəzi Asiya ölkələrinə nüfuz etməsindən qorxur. Hindistan “Taliban” qruplaşmasını Pakistanın strateji dərinliyi kimi qəbul edir. Şərqdəki həmsərhədi olan Çin də sabitliyi pozan bir cəbhənin meydana gəlməsindən qorxur.

Bir sözlə, ABŞ Əfqanıstandan çıxaraq hamını cəzalandırdı. Bölgəni öz taleyinə buraxdı. Əfqanların gələcəyi ilə oynayan, bəzən “Taliban” liderlərini qucaqlayan, bəzən də sıralarını bölərək müdaxilə edən İran belə “Taliban”ın dövlət üzərində nəzarəti ələ keçirməsi və paytaxt Kabili işğal etməsi ehtimalına görə özünü təhlükədə hiss edir. Odur ki, bu gün hərəkat liderləri ilə Əfqanıstan hökuməti arasında uzlaşmaya əsaslanan qənaətbəxş bir formul əldə etmək üçün aparılan siyasi danışıqları qəbul etməkdə tələsdi.

Gündəmdə müxtəlif ssenarilər var. Ən pisi də budur ki, Xorasanda İŞİD ilə “Taliban” və hökumət arasında vətəndaş müharibəsi başladı və silahlı “Əl-Qaidə” təşkilatı dünyanı təhdid etmək üçün geri döndü. Bununla birlikdə, “Taliban” üçün hər zaman istədiklərinə nail olmaq, yəni hakimiyyəti ələ keçirmək üçün böyük fürsətlər də var. Bütün şərtlər “Taliban”ın lehinədir. Ancaq bir amildən başqa: beynəlxalq birlik tərəfindən qəbul olunmaq hələ də .“Taliban”ın ən böyük problemidir.

Bu, hökumətdəki siyasi iştirak yolu ilə həll edilə bilən bir məsələdir. Xüsusilə də Vaşinqtonla anlaşmasının ona siyasi bir varlıq yaratdığını və Əfqanıstan arenasındakı təsirini gücləndirdiyini nəzərə almaq lazımdır. Əyalətləri və bəlkə də, paytaxtı işğal etdikdən sonra “Taliban” liderləri danışıqlara güclü bir partiya olaraq qatılaraq idarəetmə, seçki və yeni konstitusiya mexanizmləri tətbiq etmək istəyirlər. Əfqan hökumətinin qorxduğu və qarşı durduğu amil məhz budur. Lakin istər beynəlxalq miqyasda, istərsə də İran və ya Türkiyə kimi bölgə ilə əlaqəsi olan bir sıra ölkənin sponsorluğunda olmasından asılı olmayaraq, bütün danışıq imkanları tükənmədən buna qərar vermək çətindir.

Hərəkatın qazandığı ən böyük üstünlük sahədəki döyüş gücü ilə yanaşı, ictimaiyyət arasında populyarlıq qazanmasıdır ki, bu da danışıqlarda möhkəm bir mövqe yaradacaq. “Taliban” vətəndaş müharibəsi, şəbəkə və mağara müharibələrini və qorxunun qaytarılmasını xəbərdar etmək üçün ilk yolu seçə bilər. Eyni şəkildə dövlət qurumlarının dəhlizlərini və beynəlxalq qəbulu da ikinci yol kimi seçə bilər. Bu, liderlərin praqmatizm dərəcəsindən və mövcud şərtləri qiymətləndirməsindən­ asılıdır. Çünki qərbli düşmənin, yəni ABŞ-ın səhnədən çıxarılması etibar etdikləri mühüm mənəvi amil olan xarici düşmənə qarşı müharibə doktrinasını və bir çox yenilikləri qəbul etmək dərəcəsindən asılıdır.

Ədalətli və şəffaf seçkilərdən sonra “Taliban” hökumətə qoşulmağı bacararsa, güc və nəzarəti də əldə edəcək. O zaman Əfqanıstan hökumətinin önəmli bir hissəsi kimi İslam İş Birliyi Təşkilatı başda olmaqla, beynəlxalq quruluşlara qoşulmağı da bacara bilər. Beləliklə, bu məsələ də on illərdir zorakılığın və zülmün hökm sürdüyü bir bölgədə sakit şəkildə bağlana bilər.

Əfqanıstan hökumətinin çox variantı yoxdur. Qərb ölkələri Əfqanıstandan tamamilə geri çəkildi və hökumət də nəzarəti itirdi. Hökumət beynəlxalq səviyyədə tanınır. Amma sahədə olan “Taliban” ilə güc nisbətindəki böyük fərqi nəzərə alsaq, bunun heç bir əhəmiyyəti yoxdur.

On illərlə davam edən qanlı qarşıdurmalardan sonra Əfqanıstanın artıq yaşana bilən bir ölkə olması və təhlükəsizlik klapanı kimi həssas olan bir coğrafiyada sabitliyi təmin etmək üçün böyük bir fürsəti var.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qadınlar həmişə bu bürcün kişilərinə aşiq olurlar - Yaxşı hipnoz edirlər

Rəqibindən Nəsiman Yaqublunun faciəvi ölümünə reaksiya

Tramp ABŞ-ın Ukraynaya görə sursatsız qaldığını deyib

Gəncə şəhər stadionunun yenidən qurulması niyə məhz “İnşaatçı 3” MMC-yə verildi

Bakıda yataqxanada baş verən yanğın zamanı 5 nəfər təxliyə olunub - Yenilənib

Makron Durovun saxlanılmasına münasibət bildirdi

Laçın Şəhəri Günü Həkəri çayının sahilində müxtəlif tədbirlərlə davam edib

Ən çox oxunanalar