Bazar ertəsi, 29 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Naxçıvanın işdən qovulan nazirinin həbsi gözlənilir...

Ötən gün xəbər vermişdik ki, Naxçıvanın Gənclər və İdman naziri Azad Cabbarov dünən işə gələrək kollektivlə vidalaşıb. Əldə etdiyimiz məlumata görə, naziri Naxçıvan Ali Məclisinin Sədrinin nitq söylədiyi iclasda yatdığı üçün cəzalandırıblar.
 
Ovqat.com-un bu gün əldə etdiyi məlumatlar isə A.Cabarovun işinin biz gözlədiyimizdən daha dolaşıq olduğunu düşünməyə əsas verir.
 
Belə ki, Naxçıvan MR Ali Məclisi Sədri Vasif Talıbovun bu gün imzaladığı Fərmanla Azad Cabbarov rəsmən işdən qovulub. Fərmanda deyilir:
 
“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:


 
Azad Vaqif oğlu Cabbarov Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri vəzifəsindən azad edilsin”.
 
Göründüyü kimi, bizim dünənki məlumatımız rəsmən öz təsdiqini tapsa da, fərmanda nazirin niyə işdən çıxarıldığı barədə heç bir məlumat verilmir. Bizim aldığımız yeni məlumata görə isə, Azad Cabarovun nazir olduğu 10 il ərzindəki fəaliyyəti dərindən yoxlanılıb və ciddi yeyinti faktları aşkarlanıb. İddialara inansaq, Cabbarovun əməlində korrupsiya faktı o qədər böyükdür ki, artıq barəsində cinayət işi belə, açıla bilər.
 
Qeyd edək ki, Naxçıvan ictimaiyyəti nazir adı daşıyan Azad Cabbarovu facebook səhifəsində onun-bunun qarasına əxlaqsız sözlər yazmaqla tanımışdı. Hətta statuslarının birində millət vəkili Qüdrət Həsənquliyevi də təhqir etmişdi. Bir neçə il bundan əvvəl baş verən bu nalayiq hərəkətə görə, Qüdrət Həsənquliyev dəfələrlə nazirin cəzalandırılmasını tələb edirdisə də, Vasif Talıbov özünü eşitməzliyə vururdu. İndisə Cənab sədr qarşısında adi bir mürgü əxlaqsızlıqdan daha böyük günah kimi qəbul edilib və nazir dərhal işdən uzaqlaşdırılb. Bu da azmış kimi, onun fəaliyyəti dövründə əməlli-başlı korrupsiya ilə məşğul olduğu aşkarlanıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Mustafa Abbasbəyli haradadır? - Səssiz qalmaqla, yaddan çıxmaq istəyir

Maaşlar bu qədər artacaq - Dəqiq məbləğ açıqlandı

Paris-2024: Hidayət Heydərov mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

Seçicilər Kamaləddin Qafarova od püskürdü: Tanımırıq...

Yunanıstan Türkiyənin dəniz sərhədlərini tanıdı... - İki ölkə arasında “soyuq müharibə” ortadan qalxacaq?

Hacı Məmmədovun bandasındakı şəxs azadlığa buraxıldı

DSX əməkdaşının sosial şəbəkələrdə yayılmış videogörüntüsü ilə bağlı açıqlama

Məşhur istirahət mərkəzi “Atlant”ın üzərinə həbs qoyulubmuş – Tahir Qədəşov çətin durumda

Qəbələdə üç il əvvəl törədilən qətlin üstü açılıb

Naxçıvanda seçki: Vasif Talıbov və oğlu yenidən namizəd olacaqlar?

Ən çox oxunanalar