Cümə axşamı, 08 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Maska məcburiyyətindən COVID-19 pasportu məcburiyyətinə...

COVID-19 pasportu olanlara üstünlük tanınması sosial bərabərlik hüququnu pozmurmu?..

Sosioloq: “COVİD pasportu nə deməkdir? İnsanın, dövlətin bir pasportu olur- vətəndaşlıq pasportu. Müxtəlif səbəblərdən vaksin olunmayan şəxslər var və tam sağlamdır, heç kimi də yoluxdurmur. Bu halda hansı əsasla onun hüquqları məhdulaşdırıla bilər?”.

“Heç bir vaksin məcburi ola bilməz və heç bir qanun hələ elmi və təcrübi şəkildə təsdiqlənməmiş hər hansı şübhəli kimyəvi maddəni öz bədəninə yeritmədiyi üçün insanların hüququnu poza bilməz”.

Bu sözləri sosioloq Elçin Bayramlı ölkədə COVİD pasportunun məcburiliyini PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata görə, 2021-ci il iyulun 1-dən etibarən COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatı tələbi müəyyən edilən iş və xidmət sahələrinin işçilərinin ən azı 80 faizinin belə pasporta və ya sertifikata malik olması tələb olunacaq.

Eyni zamanda bildirildi ki, COVID-19 pasportuna sahib şəxslər pasportu olmayanlarla müqayisədə üstünlüyə malik olacaq və bir çox imtiyazlardan istifadə edəcəklər. Bu maska taxmaq məcburiyyətindən çıxıb, indi də COVID-19 pasportuna düşmək məcburiyyəti deyil? Həm də bu addımın atılması sosial bərabərliyi pozmurmu?

Mövzunu PİA.az-ın əməkdaşı “Altay” Araşdırmalar Mərkəzinin rəhbəri, sosioloq Elçin Bayramlı ilə müzakirə edib.

Elçin Bayramlı: “Hələlik, insan hüquqlarını kobud pozmaq əvəzinə, ancaq könüllü vaksin olunma və yoluxanların müalicəsi prosesi aparılmalıdır”.

Bütün dünya alimlərinin ən yaxşı çarənin möhkəm immunitet olduğunu sübut etdiklərini xatırladan sosioloq PİA.az-a bildirib ki, insanların immunitetini gücləndirməsi üçün təbliğat aparılmır:

“Belə bir tələb absurddur. İnsan hüquqlarının və vətənda bərabərliyinin kobud pozulmasıdır. COVİD pasportu nə deməkdir? İnsanın, dövlətin bir pasportu olur- vətəndaşlıq pasportu. Müxtəlif səbəblərdən vaksin olunmayan şəxslər var və tam sağlamdır, heç kimi də yoluxdurmur. Bu halda hansı əsasla onun hüquqları məhdulaşdırıla bilər? Ən uzağı, şəxsin qapalı məkana girişi zamanı yoxlanılması ola bilər.

Hamı məcburdur ki, virusa yoluxsun? Ya da belə bir elmi proqnoz var ki, mütləq hamı yoluxacaq? Elə adamlar var ki, heç vaxt heç bir virusa yoluxmur və yoluxmayacaq, tam sağlamdır, möhkəm immuniteti var. Ona hansı əsasla nə demək olar? Adama deyər ki, şübhələnirsən, buyur yoxla.

Düşünürəm ki bu qanunsuz biabırçılıqlara son qoyulmalıdır. Heç bir vaksin məcburi ola bilməz və heç bir qanun hələ elmi və təcrübi şəkildə təsdiqlənməmiş hər hansı şübhəli kimyəvi maddəni öz bədəninə yeritmədiyi üçün insanların hüququnu poza bilməz. Qanun bunu qadağan edir. İnsan orqanizmi üzərində sərəncam hüququ yalnız şəxsin özünə aiddir. Bunu dəyişdirmək üçün İnsan Hüquqları Konvensiyasından tutmuş, bütün dövlətlərin Konstitusiyası və qanunvericilikləri dəyişdirilməlidir.

Elçin Bayramlı: “Karantin tətbiq etməyən ölkələrdəki vəziyyət göstərdi ki, görülən bütün sərt tədbirlər mənasızdır”.

Dünyada onlarla yoluxucu xəstəliklər, yüzlərlə virus var ki, bu COVİD onların çoxundan zəifdir. Hətta qripdən belə daha çox adam ölür. İndi neyləyək hər virusa qarşı bir vaksin vurduraq, cibimizdə 250 pasport daşıyaq? Heç karantin tətbiq etməyən ölkələrdəki vəziyyət göstərdi ki, görülən bütün sərt tədbirlər mənasızdır.

Hələlik, insan hüquqlarını kobud pozmaq əvəzinə, ancaq könüllü vaksin olunma və yoluxanların müalicəsi prosesi aparılmalıdır. Ən əsası, bütün dünya alimləri ən yaxşı çarənin möhkəm immunitet olduğunu sübut edirlər. Lakin insanların immunitetini gücləndirməsi üçün təbliğata rast gəlmirik. Onlara təbii qidalanmanın, sağlam və stresssiz həyat tərzinin, fiziki hərəkətliliyin, təbiətlə təmasın, gün şüası qəbul etməyin vacibliyi və bunun bütün xəstəliklərin və virusların öhdəsindən artıqlaması ilə gəldiyi deyilmir. Hansı ki, bunlar min dəfələrlə sübut olunmuş elmi faktdır. Amma faydası və zərərsizliyi elmi sübut olunmamış, tərkibini heç kimin bilmədiyi bir vaksindən gecə-gündüz hamı danışır. Bu komediyanı qurtarmaq vaxtıdır”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İşdən çıxarılan icra başçısı kimdir? - Dosye

“Neftçala Aqropark” kimlərə görə və nə üçün faəliyyətə başlaya bilmir?

Mərdəkanda 52 yaşlı kişi tüfənglə qətlə yetirilib -  Cinayət işi başlanıb

Pezeşkian Xameneidən İsrailə hücumdan çəkinməyi xahiş edib

Poddubnının həlak olması ilə bağlı məlumat təkzib olunub - Yenilənib

Qaçaqmalçılıq cinayətlərinin törədilməsinə şərait yaradan gömrük işçiləri həbs edilib

Paris-2024: Həsrət Cəfərov yarımfinalda azərbaycanlı güləşçi ilə qarşılaşacaq - Yenilənib

"Salamat yeri yox idi" - Veteran yerləşdirildiyi psixiatriya xəstəxanasında döyülüb?

İlham Əliyev Berdiyevin vəfatı ilə bağlı başsağlığı verdi

Haniyənin ölümü: Şahid hadisənin təfərrüatını danışdı

Paris-2024: Azərbaycan güləşçisi bürünc mükafat uğrunda görüşdə uduzub

Ən çox oxunanalar