Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanda daha bir əsgərin meyiti tapılıb

Ermənistanda daha bir əsgərin meyiti tapılıb.

PİA.az-ın xəbərinə görə, Ermənistan Müdafiə Nazirliyinin məlumatında bildirilib ki, bu gün saat 13:00 radələrində 2001-ci il təvəllüdlü əsgər Mher Ovanesyanın meyiti xidmət etdiyi hərbi hissədə tapılıb. O, başından aldığı güllə yarasından ölüb.

Hadisənin necə baş verdiyi araşdırılır.

Xatırladaq ki, bir gün əvvəl Ermənistan Müdafiə Nazirliyi daha bir əsgərin ölümü barədə məlumat yayıb.

Ümumiyyətlə, son vaxtlar Ermənistan Ordusunda intizamsızlıq, “dedovşına”, ölüm halları artıb. Bundan narahat olan valideynlər mütəmadi aksiyalar keçirirlər.

Ermənistan tərəfi isə itkilərini, ordudakı nizam-intizamsızlığı gizlətmək üçün əsgər ölümlərini Azərbaycanla bağlama çalışır. Bu gün də məlumat yayaraq, guya sərhəddə atışma olduğunu, nəticədə Azərbaycan hərbçilərinin açdığı atəş nəticəsində bir erməni hərbçisinin öldüyünü açıqlayıb.

Azərbaycan Müdafiə Nazirliyi isə bölmələrimiz tərəfindən qarşı tərəf istiqamətində heç bir atəş açılmadığını, erməni hərbi qulluqçunun ölümü ilə bağlı insidentin bədbəxt hadisə nəticəsində baş verdiyini, bu hadisənin Azərbaycan tərəfi ilə hər hansı əlaqəsinin olmadığını bəyan edib. (APA)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin iki müavini vəzifəsindən azad edilib

Prezident İlham Əliyev  Nərimanov parkının açılışında iştirak edib - Yenilənib

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Politoloq: İran rejimi həmişəki kimi öz ampulasındadır...

Ərəstun Oruclu: Təxminən bir aydan sonra ABŞ-da siyasi gündəm tamamilə fərqli olacaq...

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

Bakıda avtobusda qadınlar əlbəyaxa davaya çıxdı - Video

Ağdamda Birinci Qarabağ müharibəsinin şəhidi Məmməd Mirzəyev dəfn edilib - Yenilənib

Ən çox oxunanalar