Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hərbi Qənimətlər Parkında bilet maxinasiyası – Vətəndaşlara köhnə bilet satıldığı iddia olunur...

Hərbi Qənimətlər Parkında ziyarətçilərə köhnə biletlər satılır. Reportyor.info xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Ehtimal olunur ki, bu üsulla ziyarətçi sayını az göstərilir və Parka giriş üçün ödənilən pullar mənimsənilir.

“Tənqidçi” səhifəsi bu halla üzləşən vətəndaşlardan birinin yazdıqlarını paylaşıb. Həmin paylaşımı təqdim edirik:

“Deməli, bu gün nəhayət ki, Hərbi Qənimətlər Parkına getdim. 30 dəqiqəlik növbədən sonra kassaya çata bildik. 6 bilet istədim, xanım 3-5 dəqiqə qurdalanandan sonra qarşısında qalaqlanmış biletlərdən 6 dənə seçib verdi. Bu ana qədər hər şey normal görünürdü. Amma qarşıda turniket və əllərində QR kod yoxlamaq ücün cihaz olan iki xanım gözləyirdi. Xanimlar bir-bir biletləri scan edir və cihaz hər dəfə “not found” siqnalı verir. Səbəbini soruşduqda, olur belə şey dedilər. Biletləri atmaq üçün zibil qutusu olmadığından cibimə qoydum. Daha sonra atmaq istəyərkən bizə köhnə bilet satıldığını, cihazın bu səbəbdən QR kodu tanımamasını anladım. Yəni, bileti alarkən saat 16.45-i göstərsə də, biletin üzərində saat 10.00 qeyd olunmuşdu və kassada onun çap edilmədiyini, məhz masa üzərindən seçilib verildiyinə şahidəm. Ziyarətçi sayının süni şəkildə az göstərərək kimlərinsə cibini doldurmasını iddia etmək istəməzdim, amma başqa fikir də gəlmir ağlıma?!

Toplanan vəsait Yaşat fonduna yatırıldığından buna bir açıqlama verilməsi lazımdır”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

Gülnar Hüseynova Yuxarı Şilyan kəndində seçicilərlə görüşüb - Fotolar 

Bir qrup ukraynalı hərbçi Kursk istiqamətində təslim oldu - Video

DSX-nin üç polkovnikinə "general-mayor" ali hərbi rütbəsi verilib

Neftçala sakinlərinin kabusuna çevrilən “Dinamik Ocean”: Əhalini xəraca bağlayan şirkəti qoruyan kimlərdir?

Mikayıl İsmayılovun oğlunun Fidanla bağlı 100 minlik tələbi rədd edildi

Putinin Bakıya prinsipial səfərindən nələr gözlənilir?

İsrailə raket yağışı: "Hizbullah" Livandakı hücuma cavab verdi

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay