Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağdan Fərqanəyə: “Böyük Oyun”da yaranan üçüncü cəbhə...

Türkiyə və türk dünyası Mərkəzi Asiyada “yerli” bir qlobal aktyor yaratmalıdır. Çünki bu bizim 21-ci əsrimizdir...

İbrahim Karagül
“Yeni Şafak” qəzeti, Türkiyə, 3 may 2021-ci il

Tacikistan və Qırğızıstan arasındakı qarşıdurmada 50 nəfər ölüb, 175 nəfər yaralanıb. 7000 nəfər isə məcburi köçkün vəziyyətinə düşüb. Qırğızıstanda iki günlük matəm elan edilib. Sovet İttifaqının dağılmasından sonra baş verən bu şiddətli qarşıdurmanın əsas səbəbi su məsələsi idi.

Bəzi mənbələr bunu artıq “yeni bir türk müharibəsi” adlandırıb. Səbəbləri isə belədir: “Yeni Osmanlı dövrünə duyulan həsrət Yaxın Şərqdə və Şimali Afrikada addım-addım həyata keçirilir. Mərkəzi Asiyada pantürk yolu Çin sərhədinə qədər çatıb”.

“Mərkəzi Asiyada qardaş qırğını olmasın”

Bunu deyənlər Qırğızıstan-Tacikist­an münaqişəsinin yeni bir Qarabağ ssenarisi olduğunu iddia edirlər. “Qarabağ zəfəri ilə Mərkəzi Asiyaya yol açıldı. İndi də şərq sərhədi möhkəmləndirilir”. Xoşbəxtlikdən, Türkiyə, Özbəkistan və Qazaxıstanın təklif və təşəbbüsləri ilə münaqişə nəzarət altına alınıb. “Mərkəzi Asiyada qardaş qırğını olmasın” refleksi də çox vacib idi.

Ümid edək ki, Mərkəzi Asiyanın bu iki qardaş ölkəsi Şərq-Qərb və Çin-ABŞ arasındakı qarşıdurmaların yeni qurbanı olmasın.

Əgər Fərqanə partlasa, Mərkəzi Asiya yanacaq

21 il əvvəl 5 iyul 2000-ci ildə “Çeçenistandan Fərqanəyə” adlı bir yazımda demişdim: “Mərkəzi Asiyanın gələcəyini Çeçenistanın (Qafqaz) və Fərqanənin gələcəyi müəyyən edəcək”.

2010-cu ildə isə: “Fərqanə vadisi qlobal pozğunluq və güc mübarizəsinin ən kəskin, qanlı mərkəzlərindən birinə çevriləcək. Buradakı böhran təkcə Özbəkistan, Qırğızıstan və Tacikistanda deyil, həm də Mərkəzi Asiyadan Cənubi Asiyaya qədər bütün bölgədə şok təsiri yaradacaq. Fərqanə partlasa, Mərkəzi Asiya da yanacaq”, deyə qeyd etmişdim.

“Böyük Oyun”un toqquşma sahəsi yenidən alovlanıb...

Qafqaz və Fərqanə vadisi Mərkəzi Asiyanın iki qapısıdır. Biri Qafqaz yolu ilə qərbə, biri də Fərqanə və Əfqanıstan/­Tacikistan yolu ilə cənuba açılır. Şərqi Türkistan Mərkəzi Asiyanın Şərq qapısıdır.

Sovet və ABŞ-ın Əfqanıstanı işğal etməsinin səbəbi də Mərkəzi Asiyanın cənub qapısını tutmaq idi. Uğurlu olsaydı, Pakistan da əldən gedərdi. Sovet hökuməti Hind Okeanına girəcək, ABŞ da bu işğalla Mərkəzi Asiyaya daxil olacaqdı. İngilislərlə ruslar arasındakı “Böyük Oyun”un səbəbi məhz bu idi.

Bu səbəbdən, Fərqanə vadisi ilə Əfqanıstanın taleyi çox oxşayır. Hər ikisi həm şimaldan, həm cənubdan gələnlər üçün bir hesablaşma sahəsidir. Özbəkistan, Qırğızıstan və Tacikistan arasında bölünən və rusların çox problemli sərhəd xəttləri və daimi qarşıdurmalardan miras qoyduqları bu bölgə Mərkəzi Asiyanın qanayan yarasıdır.

Özbəkistanın ən ağır böhranı

2010-cu ildə yenidən Fərqanə vadisində toqquşmalar baş verdi. Qırğızıstana aid bölgədə Özbəkistan vətəndaşlarına qarşı qırğınlar törədildi. 2 mindən çox özbək öldürüldü, 200 minə yaxın insan torpaqlarından qovuldu. Yenə də Fərqanə vadisində yüksələn müxalifət dalğası Özbəkistanın lideri İslam Kərimov üçün ən güclü təhlükəyə çevrildi. Bəzi qruplar hətta Kərimovu qaçırdılar, girov götürdülər. Özbəkistan lideri ancaq razılaşma əsasında canını qurtardı.

2004-cü ildə qarşıdurmalar paytaxt Daşkəndə də yayıldı. Kərimovu devirməyi hədəfləyən və Fərqanədən yüksələn dalğa paytaxta zərbə vurur, Özbəkistanın qurulmasından sonra baş verən ən pis böhrana çevrilirdi.

İndi isə məsələyə daha geosiyasi bir çərçivədən baxaq

Problem İngiltərə-Rusiya ilə başladı, ABŞ-Rusiya ilə davam etdi. İndi üçüncü ölkə olan Çin də prosesə qoşulub və “Böyük Oyun”da 3-cü cəbhəyə çevrilib. Əfqanıstanın əvvəlcə Rusiya, sonra ABŞ tərəfindən işğalı edildi. Tacikistanda qərbyönümlü İslam dairələrinin meydana gəlməsi ilə eyni vaxtda Fərqanə vadisində müxalifət dalğası meydana gəldi və Özbəkistanı təhdid etdi. Yenə eyni dövrdə ABŞ qüvvələri Qırğızıstanda yerləşdirildi. Üç ölkənin hər birinin bir hissəsi olan Fərqanədəki qarşıdurmalara və böhranlara isə heç vaxt son qoyulmadı.

Əslində, hamısı eyni ssenarinin bir hissəsidir. Əvvəlcə ruslar, daha sonra isə ABŞAvropa başladı. İndi oyuna üçüncü ölkənin, yəni Çinin də əlavə olunması ilə iş daha da mürəkkəb hala gəldi. İngilislərin ruhu Mərkəzi Asiyanın sərhədlərində dolaşır. Bir sözlə, 19-cu əsrdən 21-ci əsrə qədər heç bir şey dəyişməyib.

Əfqanıstan, Tacikistan, Qırğızıstan və Şərqi Türkistanla bağlı ən şiddətli Şərq-Qərb münaqişələrini görə bilərik. Beləliklə də, ABŞ, Çin və Rusiya arasında güc mübarizəsinin ən çirkin nümunələrinə şahid olmaq mümkündür.

Türkiyə və Türk dünyası Mərkəzi Asiyada “yerli” bir qlobal oyunçu yaratmalıdır. Çünki Türkiyə bir imperatorluğun varisidir. İnanıram ki, Türkiyə, türk respublikaları və Pakistan bu ssenarini yaxşı başa düşür. Bilirəm ki, öz güclərinə uyğun olaraq ölçü götürməyə çalışırlar. Qırğızıstan-Tacikist­an münaqişəsinə bu cür sürətli müdaxilə və Qarabağdakı əməkdaşlıqdan, qələbədən sonrakı özünə inam da bunun əlamətləridir.

Türk dünyası Pakistan kimi bəzi müsəlman ölkələri ilə birlikdə Mərkəzi Asiyada yeni bir qlobal oyunçu rolunu öz üzərinə götürməlidir. Bu, Çin, ABŞRusiya arasında güc paylaşımını tarazlaşdıran yeganə həll yoludur. Əgər Hindistan da 4-cü ölkə kimi gücünü bölgəyə yerləşdirsə, onlar artıq heç bir şey edə bilməyəcəklər. Mərkəzi Asiya ideyası bir güc kimi yenidən konkret hala gətirilməli və buna bağlı olaraq iqtisadi, siyasi, hərbi və mədəni strukturlar sürətlə yaradılmalıdır. ABŞ, Çin və ya Rusiyanın hesablamaları arasında etibarlı bir yer axtarmaqdan əl çəkməli və imperiyaların coğrafiyasını yenidən aktivləşdirməlidir.

Mərkəzi Asiya üçün “türk modeli”

Qara dənizi Aralıq dənizinin şərqinə çevirmək istədikləri kimi, Mərkəzi Asiyanı da Yaxın Şərqə çevirmək istəyirlər. Üç ölkənin bölüşdürülməsi ilə bağlı hesaba ilişib qalsaq, Mərkəzi Asiyanın, ümumiyyətlə, 21-ci əsri olmayacaq.

Türkiyəni necə yenidən 20-ci əsrə qaytarmağa çalışırlarsa, türk respublikalarının da 21-ci əsrini oğurlayıb, onları yenidən 20-ci əsrə həbs etmək istəyəcəklər. “Türk modeli” Mərkəzi Asiyaya köçürülməlidir. Türkiyənin öz regionunda apardığı həmin geosiyasi mübarizə Mərkəzi Asiyada da aparılmalıdır. Qazaxıstan, Özbəkistan, Azərbaycan, Türkmənistan, Qırğızıstan, Tacikistan, Pakistan, Əfqanıstan və Türkiyə arasında bu əsri əhatə edəcək bir ortaqlığın möhkəm təməlləri qoyulmalıdır.

İmperatorluqların coğrafiyasında fövqəladə imkanlar var. 21-ci əsrimiz formatlanmalıdır.
Dünya yenidən qurulur, ölkələr, bölgələr, quru və dəniz ticarət yolları, hərbi strateji sahələr, Şərq-Qərb xətlərinin keçdiyi bölgələr yenidən bölüşdürülür və müəyyənləşdirilir. Ancaq əsrimizin ən vacib siyasi ağlı və gücü bunlar deyil.

Keçmiş imperiyalar yeni sözlərlə və yeni iddialarla geri qayıdırlar. Bu, imperiyaların coğrafiyasına qeyri-adi imkanlar və fəaliyyət sahələri təqdim edir.

Anadoludan Şərqi Türküstana qədər bütün qlobal proseslər Türkiyəni ən güclü namizədə çevirir. Mərkəzi Asiyanın türk respublikaları və Türkiyə bu sahədə çox güclü bir düşüncə sistemi yarada bilər. Bu fikri, gücü, fürsəti və imkanı kəşf etməlidirlər. Bütün yol bunun üzərində qurulmalıdır. Bizim 21-ci əsrimiz formatlanmalıdır.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Sabir Rüstəmxanlının qızı ilə boşanan müğənni ilk dəfə ayrılıqlarından danışdı - Video

Qarabağdakı sülhməramlı missiyanın fəaliyyətinə ehtiyac qalmadı...

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - Foto

Ən çox oxunanalar