Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ÜST: “Vaksinasiya tarixin gedişatını dəyişdirəcək”

“İki yüz ildir peyvəndlər bizi ciddi xəstəliklərdən qoruyur. Koronavirus peyvəndi də belə olacaq. Peyvəndlər bizi davamlılığa doğru aparır”.

Bu fikirləri Ümumdünya Səhiyyə Təşkilatının Avropa regional ofisinin direktoru Hans Klüge Avropa regionunda COVID-19-la bağlı vəziyyətə dair onlayn brifinqdə bildirib.

Klüge deyib ki, Avropa regionunun sakinlərinin 5,5%-i COVID-19-a yoluxub və sağalıb, 7%-dən çoxu isə vaksinasiyanı tamamlayıb. Lakin, o, əlavə edib ki, təhdid hələ də qalır.

“Vaksinlər insanların həyatını xilas edir. Onlar, həmçinin pandemiyanın gedişatını dəyişdirir və onun öhdəsindən gəlməyə kömək edir. Epidemioloji nəzarət olmadan koronavirusun yeni ştammlarını müəyyənləşdirə bilməyəcəyik. Xəstəlikləri dəf etmək istəyiriksə, planlı şəkildə vaksinasiyalar aparmalıyıq. Vaksinasiya tarixin gedişatını dəyişdirəcək”, – o deyib.

ÜST-ün Avropa üzrə regional direktoru Hindistan ştammı mövzusuna da toxunub və COVID-19 yoluxmalarının hər gün rekord vurduğu Hindistandakı ağır epidemioloji vəziyyətdən danışıb: “Hindistandakı vəziyyətin istənilən ölkədə təkrarlana biləcəyini anlamaq çox vacibdir. Peyvəndləmənin əhatə dairəsi kiçik olanda, istənilən ölkədə “fırtına” baş verə bilər. Bu vəziyyətdə həmrəylik çox vacibdir... Avropa İttifaqı ölkələri də daxil olmaqla bir çox ölkə Hindistana dərman və digər zəruri vasitələrlə yardım edir”, – H.Klüge deyib.(report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Özündən 11 yaş böyük, boşanmış sevgilisi ilə birlikdə intihar edən Yasinin məktubu tapıldı - Video, Yenilənib

Rektorun sahib olduğu mülklərin siyahısı: Universitet, kollec, orta məktəblər, klinika

Prezidentin xüsusi nümayəndəsinin yeni müavini kimdir? - Bioqrafiya

Yollarda yeni növ radarlar quraşdırılır - Video    

Rusiya Türkiyədən uzaqlaşır... - Putini Ankaradan uzaqlaşdıran səbəb nədir?...

Lavrov Ukrayna ilə bağlı İstanbul danışıqlarının bəzi təfərrüatını açıqlayıb

İsrailli fəallar BMT TŞ-da çıxış edən Lavrovun çıxışını dayandırmağa çalışıb

Ən çox oxunanalar