Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İctimai təşkilatın ofisindən oğurluq edənlər saxlanılıb

İctimai təşkilatlardan birinin paytaxtın Xətai rayonunda yerləşən filialından oğurluq edilib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu barədə polisə məlumat verən zərərçəkən şəxs ofisdən 1300 manat dəyərində 1 ədəd televizor, 2 ədəd telefon, noutbuk, eləcə də, digər əşyalar oğurlandığı barədə polisə məlumat verib.

Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşlarınını “isti” izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri Aydın Məlikov və Rüstəm Bayramlı saxlanılıblar. Oğurlanan əşyalardan bir qismi polislər tərəfindən onlardan aşkar olunaraq maddi sübut kimi götürülüb.

Aydın Məlikov və Rüstəm Bayramlının paytaxt ərazisində digər analoji cinayətlər etdikləri istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzi Xidmətinə məlumat verə bilərlər.

Faktla saxlanılan şəxslər barəsində Xətai RPİ-nin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

ABŞ Azərbaycanla Ermənistan arasında sülhün mümkünlüyünə inanır

Deputat: “Uşağı əməliyyatla dünyaya gətirirlər, bunun nəyi analıqdır?!” - Video

AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib

Ən çox oxunanalar