Cümə axşamı, 08 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı Parkında... işğal edilmiş Qarabağda olduğu kimi - Fotolar

Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımızı 44 günlük müharibə ərzində azad etməklə möhtəşəm zəfər tarixi yazdı. Ordumuzun Vətən müharibəsində misilsiz qəhrəmanlığının və qazandığı tarixi zəfərin əbədiləşdirilməsi üçün Prezidentin təşəbbüsü ilə paytaxtın Xətai rayonu, Nobel prospektində Hərbi Qənimətlər Parkı yaradılıb.

5 hektar ərazidə salınan parkda düşmənin uzun illər boyu yaratdığı müdafiə mövqelərinin real mənzərəsi - 10 səddən ibarət müdafiə sistemi, beton örtüklü mühəndis qurğuları, tank əleyhinə xəndəklər, dirəklər, kirpilər, minalanmış sahələr, tunellər, tikanlı məftillərdən ibarət maneələr sistemi, səngərlər və sığınacaqlar olduğu kimi canlandırılıb. Burada yaradılan qurğuları gördükdən sonra Ordumuzun həmin mövqeləri necə ələ keçirdiyi, qəhrəmanlıqları barədə təsəvvür yaranır.

Parkın girəcəyində Azərbaycan Ordusunun qənimət kimi ələ keçirdiyi 2 mindən çox avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunmuş iri lövhə quraşdırılıb. Parkda həmçinin Ermənistan ordusu bölmələrinin döyüş mövqelərində xidmət və məişət şəraiti də olduğu kimi canlandırılıb. Ziyarətçilər düşmən ordusunun hərbi kazarması, əsgər yataqxanası, komandir otağı, ərzaq anbarı ilə tanış ola biləcəklər.

Biz də düşmən kazarmasına daxil oluruq. “Komandir otağı”nda düşmən əsgəri Azərbaycan Ordusunun mövqeləri ələ keçirdiyini xəbər verir. Komandir çaşqın halda nə edəcəyini bilmir.

Parkda düşmənin müharibə zamanı atıb qaçdığı dəbilqələrdən ibarət kompozisiya da yaradılıb.

Müharibə zamanı Ermənistan ordusunun yüksək rütbəli zabitləri qaçmamaları üçün öz əsgərlərini zəncirləyirdilər. Parkda zəncirlənmiş erməni əsgərlərinin müqəvva-mulyajlarını da görmək mümkündür.

Parkda düşməndən qənimət kimi götürülmüş hərbi texnikaların bir qismi, ümumilikdə, 300-dən çox eksponat sərgilənir. Düşmənin 150-dək ağır texnikası, “T-72” tankları, BMP-1 piyadaların döyüş maşınları, 2S1 “Qvozdika” özüyeriyən artilleriya qurğusu, “Osa” zenit raket kompleksi və digər ağır zirehli texnikası, atıcı silahlar, hərbi nəqliyyatlar da nümayiş olunur. Bundan əlavə, Vətən Müharibəsi zamanı düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları da eksponatlar arasında yer alıb.

Hərbi Qənimətlər Parkının ərazisindəki video təqdimat bölməsində quraşdırılmış monitorlarda Ali Baş Komandan İlham Əliyevin qələbə tvitləri, Vətən Müharibəsi ilə bağlı çıxışları da nümayiş olunur

Ziyarətçilər Vətən Müharibəsi dövründə Ermənistan tərəfindən törədilən insanlıq əleyhinə cinayətlər, o cümlədən müharibə cinayətləri, dinc sakinlərin qətlə yetirilməsi və yaralanmasını əks etdirən onlarla faktla tanış ola biləcəklər.

Hərbi Qənimətlər Parkında informasiya mərkəzi, suvenir mərkəzi, kafe də fəaliyyət göstərir.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İşdən çıxarılan icra başçısı kimdir? - Dosye

“Neftçala Aqropark” kimlərə görə və nə üçün faəliyyətə başlaya bilmir?

Paris-2024: Həsrət Cəfərov yarımfinalda azərbaycanlı güləşçi ilə qarşılaşacaq - Yenilənib

Qaçaqmalçılıq cinayətlərinin törədilməsinə şərait yaradan gömrük işçiləri həbs edilib

İlham Əliyev Berdiyevin vəfatı ilə bağlı başsağlığı verdi

Haniyənin ölümü: Şahid hadisənin təfərrüatını danışdı

İsrailə qarşı ən amansız HƏMAS lideri - Yəhya Sinvar kimdir?

İranlı idmançı Azərbaycan güləşçisini çiynində gəzdirdi - Video

Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib

Laçında itkin düşmüş hərbçilərə görə iki nəfər həbs edilib

Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən alim Fazil Qasımovun məhkəməsinin vaxtı məlum olub

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay