Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AMEA dövlət büdcəsinə və iqtisadiyyata nə verir?! - İqtisadçı Ramiz Mehdiyevdən hesabat tələb etdi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ölkə iqtisadiyyatına nə xeyri var?! Dövlət büdcəsindən ölkə üzrə elmə ayrılan vəsaitin çox hissəsi AMEA-ya gedir. Niyə?!? Mən, burada bəzi ekspertlər kimi statistik rəqəmlər gətirmək fikrində deyiləm. Hər şey məlumdur. Azərbaycanda elmə və təhsilə hər il çox pul ayrılmasa da, ayrılan həmin cüzi vəsaitin özü də boş yerə gedir. Bir daha sual edirəm, AMEA dövlət büdcəsinə və iqtisadiyyatımıza nə verir?!”.

PİA.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Pərviz Heydərov bildirib.

Onun sözlərinə görə, pul elə bir şeydir ki, hara və hansı istiqamətə, o cümlədən nəyə xərcləyirsənsə və yaxud sərf edirsənsə, ən azı maya dəyəri qədər və yaxud məbləğində gəlir gətirməlidir:

“AMEA-nın gəliri nə qədərdir və nədən ibarətdir?! Sual edirəm, nəyə görə bu qurum heç olmasa, özü-özünü maliyyələşdirə bilmir?! Digər bir məsələyə də toxunum: bu elmi dərəcələr var ey, onlar nə məna daşıyır?! Nəyə görə, elmi dərəcəyə görə artıq pensiya məbləği ödənilir?!? Niyə? O elmi dərəcə alan şəxs, nəsə icad edib və yaxud araşdırıb tapıbsa, onda o adama pul gəlməlidir də, elə deyil? Gəlmirsə demək, o adamın elmi dərəcə aldığı mövzu və detal lazımsız bir şeydir də, elə deyil?! Sözümü ona gətirirəm ki, Azərbaycan dünyanın bir parçasıdır. Və əyani şahidik ki, qlobal aləmdə nə baş verirsə dərhal, bizə təsir edir və nəticəsini bizdə göstərir. Elmimiz də və elmi nailiyyətlərimiz də dünya elminə və texnologiyasına mənfəət gətirməlidir. Boş yerə vəsait ayrılmasının nə mənası var axı?!? Təhsil-elm-istehsal-iqtisadi artım… Bunlar zəncirvari şəkildə biri-biriylə əlaqədar olan məsələlər və halqalardır! Ölkəmizdə orta təhsil məktəbləri ali məktəblərlə, ali məktəblər AMEA ilə, AMEA istehsalla və iqtisadiyyat ilə əlaqəli şəkildə mövcud deyillər, başqa sözlə desəm, fəaliyyət göstərmirlər. Bu qurumlara, yəni təhsilə və elmə dövlətin vəsait ayırmasının bax, nə mənası vardır?!?”. (konktret.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Fəzail İbrahimlinin təşviqat kampaniyasını uğurla davam edir

Ödəmə terminalından səhvən başqasının hesabına göndərilən pul necə geri alına bilər? - Video

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

Ən çox oxunanalar