Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Milyonlarla ailəyə bədbəxtlik gətirən bəladan milyonlar qazananlar...

Milli Onkologiya Mərkəzinə faktiki rəhbərlik edən aqranom deputat - Kamaləddin Qafarov əslində kimdir?..

Xərçəng (rak) sözü insanlarda ümidsizlik, əlacsızlıq, müalicəsi mümkün olmayan bəla kimi başa düşülür. Hətta, bu sözün özü insanlarda dəhşətli depressiya yaradır. Məlumdur ki, müasir tibb elmi bu xəstəliyin qarşısında acizdir. Elə ona görə də el arasında əvvəllər bu bəlaya “qara yara” deyirmişlər.

Belə bir bəladan milyonlar qazananlar da var. Bunlardan biri də Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin Baş direktor müavini Kamaləddin Qafarovdur. Bu adam milyonlarla ailəyə bədbəxtlik gətirən bəladan milyonlar qazanır. Bu adam özü Azərbaycan səhiyyəsinin qara yarasıdır.

Bəs Kamaləddin Qafarov kimdir? Necə və hansı yolla ölkənin Milli Onkologiya Mərkəzinin Baş direktor müavini olub? Bu adan hansı yolla 2 dəfədir ki, Milli Məclisə üzv seçilir?

Aqranom-deputatın tərcümeyi-halına nəzər salaq.

Kamaləddin Qafarov Bakıda kimya-biologiya təmayüllü məktəbi bitirb, ardından isə Naxçıvana qayıdıb və Muxtar Respublikada meyvə-tərəvəzçilik və üzümçülük fakültəsindən universitet məzunu olub.

Adama deyərlər ki, Bakıda məktəbi bitirən məzun necə olur ki, gedib Naxçıvanda, özü də meyvə-tərəvəzçilik, üzümçülük fakültəsini bitirir və sonra gəlib Milli Onkologiya Mərkəzinin faktiki rəhbəri olur.

Milli Onkologiya Mərkəzində minlərlə xəstə, hətta uşaqlar müalicə olunmaq ümidi ilə gözləyir. Kəmaləddin Qafarov isə, bu xəstələrdən milyonlar qazanır.

Prezident İlham Əliyevin bir sözü son vaxtlar az qala zərb-məsələ çevrilib: “Xalqdan qorxmursunuz barı Allahdan qorxun”. Kamaləddin Qafarov kimilər heç Allahdan da qorxmur.

Milli Onkologiyadan sonra Kamaləddin müəllim 2015-ci ildə Binəqədidən Milli Məclisin deputatı seçilib. Bu şəxs həm də “AzəriMed” şirkətinin sahibidir.

Onkoloji xəstədən ilk müraciət zamanı 500 manata yaxın pul alırlar. Sonra kimyaterapiya üçün 300 manat, sonra şüa qəbulu 1000 manat, sonra pozitron-emissiya tomoqrafiyasına görə 1500 manat, sonra...

İndi isə Kamaləddin Qafarovun şirkətlərinin siyahısına nəzər salaq.

Yuxarıda qeyd etdiyimiz kimi, Qafarov “AzəriMed” şirkətinin rəhbəridir. Milli Onkologiya Mərkəzi (MOM) qanunla müəyyən olunmuş qaydalarını aşkarcasına pozaraq, “AzəriMed” şirkəti ilə heç bir tender olmadan 43 milyon manatlıq alqı-satqı aparıb. Təsəvvür edin, K.Qafarov həm dövlətin 43 milyon vəsaitini verib-alandır, həm də öz şirkətinin 43 milyon manatlıq malını satan.

Milli Onkologiya Mərkəzi (MOM) “Azeri Med” MMC ilə tibbi ləvazimatlar, sarğı materialları, dərman preparatlarının alınmasına dair 10 mln. 120 min manatlıq müqavilə imzalayıb.

2018-ci ilin yanvarından MOM “Azeri Med” MMC ilə tibbi ləvazimatlar, sarğı materialları, dərman preparatlarının alınmasına dair ümumi dəyəri 29 mln. 617,6 min manat ($17,4 mln.) olan müqavilələr imzalayıb.

Kamaləddin Qafarov “Zəfəran” apteklər şəbəkəsinin sahibidir.

Bunlara qane olmayan Qafarovlar ailəsi həm də “VERSAL PALACE” MTK-ya sahibdir, Ağ Şəhərdə binalar tikir...

Deputat Qafarovun biznesinin böyük hissəsini yaxın qohumu Canilya Qafarovanın idarə etdiyi deyilir. (gundelik bakı)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

Gülnar Hüseynova Yuxarı Şilyan kəndində seçicilərlə görüşüb - Fotolar 

Bir qrup ukraynalı hərbçi Kursk istiqamətində təslim oldu - Video

DSX-nin üç polkovnikinə "general-mayor" ali hərbi rütbəsi verilib

Neftçala sakinlərinin kabusuna çevrilən “Dinamik Ocean”: Əhalini xəraca bağlayan şirkəti qoruyan kimlərdir?

Mikayıl İsmayılovun oğlunun Fidanla bağlı 100 minlik tələbi rədd edildi

Putinin Bakıya prinsipial səfərindən nələr gözlənilir?

İsrailə raket yağışı: "Hizbullah" Livandakı hücuma cavab verdi

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay