Çərşənbə axşamı, 03 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yandex" Şuşanın küçə adlarını Azərbaycan dilinə dəyişdirdi

Rusiyanın “Yandex.Maps” axtarış və məlumat kartoqrafik xidməti Şuşa xəritəsini yeniləyərək küçə adlarını erməni dilindən Azərbaycan dilinə dəyişib.

Virtualaz.org xəbər verir ki, əvvəllər faşist Qaregin Njdenin adını daşıyan küçə hazırda Qarabağ xanlığının əfsanəvi qurucusu Panahəli xan küçəsi adlanır. Bundan başqa, Kazançetsots küçəsi yenidən köhnə adına - İkinci Dünya Müharibəsi qəhrəmanı Aslan Qaraşarov küçəsinə qaytarılıb. İndi Aram Manukyan küçəsi Rusiya naviqasiya xidmətinin xəritələrində Atatürk küçəsi, Vararakn küçəsi Sovet İttifaqı Qəhrəmanı, 1960-cı illərdə Azərbaycan SSRİ-nin daxili işlər naziri olmuş Xəlil Məmmədovun şərəfinə adlandırılır.

Həmçinin Şuşanı əhatə edən “Yandex” xəritəsində 20 Yanvar, Üzeyir Hacıbəyov, Mirzə Fətəli Axundov, Fikrət Əmirov və başqa adlar verilmiş küçələrə də rast gəlinir.

Xatırladaq ki, “Yandex.Maps” kartoqrafik xidməti 2004-cü ildə yaradılıb. Xidmət Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə müntəzəm olaraq yenilənən xəritələrdən istifadə edir. Bu xidmət hazırda Rusiyada “Google Maps” və “2GIS”i qabaqlayaraq ən populyar naviqasiya xidməti kimi fəaliyyət göstərir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Müşahidəçinin boğazından yapışan Eldar Tağıyev danışdı

Prezident İlham Əliyev Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident və birinci xanım Kəlbəcərdə “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak ediblər - Yenilənib

Prezident Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olub - Yenilənib

Prezident İlham Əliyev və Mehriban Əliyeva Kəlbəcər sakinləri ilə görüşüblər

Bakıda ata imtahanda bal toplaya bilməyən oğlundan polisə şikayət etdi

Prezident və birinci xanım Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar -Yenilənib

Tovuzda baş qəzada xəsarət alanların kimliyi məlum olub - Yenilənib

ABŞ Ədliyyə Nazirliyi Maduronun təyyarəsinin ələ keçirildiyini təsdiqləyib - Yenilənib

Turşu bağlayanların diqqətinə: Ölümə səbəb olur

Ən çox oxunanalar