Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın “Eurovision” mahnısı təqdim olundu - Video 

İctimai Televiziya və Radio Yayımları Şirkəti Eurovision-2021 Beynəlxalq Mahnı Müsabiqəsində ölkə təmsilçisi olan Efendinin mahnısını və klipini təqdim edib. İfaçı "Mata Hari" mahnısı ilə Rotterdamda səhnəyə çıxacaq.

Milli.Az xəbər verir ki, təqdim olunan mahnının müəllifləri niderlandlı Amy van der Vel, Coş Earl, Lyuk Van Birs (keçən il "Cleopatra" mahnısının müəlliflərindən biri idi) və Toni Kornelissendir (o, 2020-ci ildə "Cleopatra" mahnısının prodüseri idi).

Müsabiqənin Azərbaycandakı nümayəndə heyətinin rəhbəri İsa Məlikov mahnıdan danışarkən bunları qeyd edib: "Mata Hari" mahnısı böyük ruh gücünə malik, risk etməkdən qorxmayan və əlbəttə ki, zamanı qabaqlayan güclü və müstəqil qadının həyat hekayəsindən ilhamlanmışdır. Buna görə günümüzdə hələ də onun hekayəsini danışırıq".

Mahnıda ənənəvi Azərbaycan alətləri - zurna və nağaranın, eləcə də Azərbaycan xalq rəqsi yallının melodiyaları əsasında ərsəyə gəlmiş etnik motivlərdən istifadə edilib.

Bundan başqa, Azərbaycanın müsabiqədə iştirakı tarixində ilk dəfə olaraq mahnıda Azərbaycan dilində sətir var - "Yalan da mən, yanan da mən, yaman da mən".

"Xanımlara güclü qadınlar haqqında danışıb, onlara xatırlatmaq mütləqdir ki, bizim hələ də mövhumatlarla dolu dünyada yaşamağımıza baxmayaraq, qadın hər şeyi bacarır və qadın gücü heç nə ilə müqayisə edilə bilməz. Əgər indi ilham axtarışındasınızsa, qoy tarixin güclü qadınları haqqında hekayələr o enerjinin mənbəyinə çevrilsin və sizə hər şeyin öhdəsindən gələ və daha böyük uğurlara nail ola biləcəyinizi xatırlatsın", - deyə Efendi bildirib.

Mahnının klipi daha əvvəllər Zivert, Loboda, Maks Barskix və s. kimi məşhurlarla iş birliyi olan, quruluşçu rejissor və operator İlya Mixaylus tərəfindən Kiyevdə çəkilib.

Qeyd edək ki, Efendi Azərbaycanın "Eurovision-2020" mahnı müsabiqəsində də təmsilçisi olub, lakin Avropa Yayım Birliyi (AYB) COVİD-19 pandemiyası ilə əlaqədar müsabiqənin tarixində ilk dəfə olaraq onu ləğv edib.

Şüarı "Open up!" olan müsabiqənin yarımfinal mərhələləri may ayının 18-i və 20-də, final mərhələsi isə May ayının 22-də Rotterdam (Niderland) şəhərində keçiriləcək. Azərbaycan təmsilçisi birinci yarımfinalda çıxış edəcək.

piaaz


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Notariusların fəaliyyəti ilə bağlı yeni tələblər müəyyənləşib

İlham Əliyevdən hərbi xidmətə çağırışla bağlı sərəncam

Ən çox oxunanalar