Cümə, 19 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ziya Məmmədovun kəndlərdəki qəsrləri - Fotolar

Avropada yaşayan mühacir jurnalist Həbib Müntəzir və blogger Mehman Hüseynov Azərbaycanın sabiq nəqliyyat naziri Ziya Məmmədovun ölkənin bir neçə rayonunda özü üçün inşa etdirdiyi qəsrlərin görüntülərini yayıb.

PİA.az Həbibə Müntəzirə istinadən həmin villaların fotolarını və buna aid qeydləri təqdim edir:

Keçmiş Nəqliyyat naziri, ZQAN Holdinqin rəhbəri Ziya Məmmədovun Bakıda, Ucarda, Qubada və İsmayıllıda olan malikanələrini sizə təqdim edirəm. Yollar oliqarxı ölkədəki nəqliyyat infrastrukturu üçün ayrılan milyonlarla vəsaiti mənimsəyərək özünə, ailəsinə dəbdəbəli malikanələr ucaldıb.

1. Ucarın Qazıqumlaq kəndində təxminən 8 hektarlıq ərazidə özünə süni göl yaradan eks nazir, ən son mətbuata verdiyi açıqlamasında burada mal-qara bəslədiyini bildirmişdi. Malikanədə M işarəsində hovuz, uşaq meydançası, əkin sahələri, gümbəzəoşxar katejlər, ayrıca bir kiçik villa da mövcuddur.

2. Bakının Şüvəlan qəsəbəsində, Xəzərin sahilində təxmini 7 hektarlıq ərazidə dəbdəbəli 1 ədəd iri malikanə və 4 ədəd ayrı villalar mövcuddur. Bu villalarda onun övladları, qardaşı və qardaşı uşaqları dincəlirlər. Ərazidə böyük hovuz, süni göl, dəniz suyundan ayrılan kiçik göl, yaxta limanı və futbol meydançası var.

3. İsmayıllının ən gözəl kəndlərindən biri Basqalda da yollar kralının növbəti villaları yerləşir. Burada təxmini 3 hektarlıq ərazidə 4 villası var.

4. Qubanın ən gözək kəndlərindən biri Qəçrəşdə, İlham Əliyevin malikanəsinin qonşuluğunda, meşənin düz kənarında yol oliqarxının daha bir villası mövcuddur. Sahəsi 1 hektarlıq ərazidə olan villa böyük bir qəsrə bənzəyir.

5. Qubanın Qələdüz kəndində 1 hektarlıq ərazidə iri malikanə və əlavə bir ədəd villa mövcuddur. Villalar Qudiyalçay çayının sahilində, möhtəşəm bir mənzərədə yerləşir.

Ətraflı izləmək üçün bloger Mehman Hüseynovun videosunu izləyə bilərsiniz: https://youtu.be/5OCxI4Squ3k

Google Maps koordinatları:

Bakı, Şüvəlan https://goo.gl/maps/umm5mAUmkBDJLdNY7
Ucar, Qazıqumlaq https://goo.gl/maps/KGx8aZc6pZM7VkaD7
Quba, Qəçrəş https://goo.gl/maps/JAbkP5mCpH8wy4AD6
Quba, Qələdüz https://goo.gl/maps/cxTE3PqDdMaEPkDB9
İsmayıllı, Basqal https://goo.gl/maps/bE91i7VRWcGwZeRt9

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Özündən 11 yaş böyük, boşanmış sevgilisi ilə birlikdə intihar edən Yasinin məktubu tapıldı - Video, Yenilənib

Qorxmaz Hüseynovun icra başçısı olan qudası vəzifəsindən azad edilir

Rusiya Türkiyədən uzaqlaşır... - Putini Ankaradan uzaqlaşdıran səbəb nədir?...

Ramin Əhmədov da seçkiyə qatılır - İş adamı Nizami rayonundan namizədliyini irəli sürəcək

Maştağada Birinci Qarabağ müharibəsinin şəhidi Aydın Qurbanov dəfn edilib - Yenilənib

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxış edib - Yenilənib

Azərbaycanda gələn aydan internet tarifləri dəyişdiriləcək

Rusiya ilə Çin arasında ödənişlər demək olar ki, qeyri-mümkün olub

Tramp və Baydenin Cənubi Qafqaz siyasəti... - Hansı fərqlər var?

Ən çox oxunanalar