Çərşənbə axşamı, 30 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

TBMM sədri: “Qarsdan çəkiləcək dəmir yolu xətti Naxçıvanın strateji əhəmiyyətini artıracaq”

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Türkiyə-ABŞ parlamentlərarası dostluq qrupunda təmsil olunan 87 millət vəkili ABŞ Senatının 54 üzvünün Türkiyə və Azərbaycan əleyhinə müraciətinə sərt şəkildə reaksiya verib bəyanat yaydı”.

Bunu TBMM sədri Mustafa Şentop Azərbaycanın Baş naziri Əli Əsədovla görüşü zamanı deyib.

O bildirib ki, bəyanatda 30 ildən artıqdır Azərbaycan torpaqlarının 20 faizini işğal edən, başda Xocalı olmaqla bir çox şəhərdə günahsız uşaq və qadınları qətlə yetirən təcavüzkar Ermənistanı qınamaq əvəzinə öz ərazi bütövlüyünü qoruyan Azərbaycanı və beynəlxalq hüquqa görə onun yanında duran Türkiyənin tənqid edilməsinin təəccüblə qarşılandığı əks olunub.

“Məsələ ilə bağlı Milli Məclisin Sədri xanım Sahibə Qafarova ilə telefon danışığımız olub. 14 fevral 2021-ci il tarixində Milli Məclisin Senatın bəzi üzvlərinin ABŞ Prezidentinə ünvanladığı məktubla bağlı bəyanatını böyük məmnuniyyətlə qarşıladıq”, - deyə o vurğulayıb.

M. Şentopun sözlərinə görə, gələn həftə TBMM və Azərbaycanın Türkiyədəki səfirliyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar rəsm sərgisi keçiriləcək.

TBMM sədri Naxçıvan dəhlizinin əhəmiyyətinə də toxunub. Türkiyə parlamentinin sədri qeyd edib ki, Qarsdan çəkiləcək dəmir yolu xətti də Naxçıvanın strateji əhəmiyyətini artıracaq.(apa)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Mustafa Abbasbəyli haradadır? - Səssiz qalmaqla, yaddan çıxmaq istəyir

Maaşlar bu qədər artacaq - Dəqiq məbləğ açıqlandı

Paris-2024: Hidayət Heydərov mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

Seçicilər Kamaləddin Qafarova od püskürdü: Tanımırıq...

Yunanıstan Türkiyənin dəniz sərhədlərini tanıdı... - İki ölkə arasında “soyuq müharibə” ortadan qalxacaq?

DSX əməkdaşının sosial şəbəkələrdə yayılmış videogörüntüsü ilə bağlı açıqlama

Hacı Məmmədovun bandasındakı şəxs azadlığa buraxıldı

Məşhur istirahət mərkəzi “Atlant”ın üzərinə həbs qoyulubmuş – Tahir Qədəşov çətin durumda

Naxçıvanda seçki: Vasif Talıbov və oğlu yenidən namizəd olacaqlar?

Baş prokuror 11 yaşlı Rasimin atasını və ailənin nümayəndəsini ikinci dəfə qəbul edib

Ən çox oxunanalar