Cümə, 19 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Füzulidə yas mərasimləri, ehsan süfrələri necə keçirilir?

Respublikamızda koronovirus (COVİD-19) pandemiyasının yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.

Məlum olduğu kimi koronavirus əsasən insanların sıx toplaşdığı, bir-biri ilə yaxın təmasda olduğu yerlərdə surətlə yayılır. Bu cür yerlərdən biri də yas mərasimləridir.

Füzuli Rayon İcra Hakimiyyətinin mətbuat xidmətindən PİA.az-a verilən məlumata görə respublikamızda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qabaqlayıcı tədbirlər görüldüyü, sosial izolyasiya tədbirlərinin həyata keçirildiyi bir ilə yaxın müddət ərzində Füzuli rayonu ərazisində yas mərasimlərinə də nəzarət daha da artırılmışdır. Belə ki, dəfn mərasimləri istisna olmaqla, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi məhdudlaşdırılmışdır. Dəfn mərasimləri isə karantin qaydalarına riayət olunmaqla həyata keçirilib.

Xatırlatmaq istəyirik ki, Füzuli rayonu ərazisində ictimai müzakirələrin nəticəsi olaraq 2014-cü ildən etibarən bütün yaşayış məntəqələrində yas mərasimləri, ehsan süfrələri təmtəraqdan uzaq, sadə və israfsız, islami qaydalara uyğun keçirilir. Son yeddi ildə keçirilən yas mərasimlərində, ehsan süfrələrində çay,qənd, halva, xurma, su və limon verilməsi məqsədəuyğun hesab edilmiş, nəticədə orta hesabla rayonda 10-12 milyon manatdan artıq vəsaitə qənaət olunmuşdur. Rayonun məcburi köçkün olan əhalisi həmin vəsaiti digər sosial problemlərinin həllinə sərf ediblər. Əgər əvvəllər yas sahibi 3, 7, 40 və cümə axşamları üçün orta hesabla 9-10 min manat pul xərcləməli olurdusa, hazırda ehsan məclislərini orta hesabla 500-1000 manatla başa çatdırılmış olur.
Rayon sakinləri bildirirlər ki, ehsan süfrələrinin sadə, təmtəraqdan uzaq keçirilməsi həm onların sağlamlığının qorunmasına - koronovirus və digər yolucucu xəstəliklərə yoluxmalarının qarşısını alır, həm də onlara maddi zərər vurmur, banklara, kredit təşkilatlarına borclu qalmalarına səbəb olmur. Rayonda ehsan məclislərindən toplanan vəsaitlə vətəndaşlar həm yas mərasimlərini yola verir, həm də mərhumun dəfn oluması, qəbrüstü abidəsinin düzəldilməsi və digər işləri yerinə yetirirlər.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Özündən 11 yaş böyük, boşanmış sevgilisi ilə birlikdə intihar edən Yasinin məktubu tapıldı - Video, Yenilənib

Qorxmaz Hüseynovun icra başçısı olan qudası vəzifəsindən azad edilir

Rusiya Türkiyədən uzaqlaşır... - Putini Ankaradan uzaqlaşdıran səbəb nədir?...

İlham Əliyev Oksfordda Almaniya kansleri ilə görüşüb - Yenilənib

Kür çayında meyiti tapılan şəxs itkin olaraq axtarışda olub - Yenilənib

Maştağada Birinci Qarabağ müharibəsinin şəhidi Aydın Qurbanov dəfn edilib

Ramin Əhmədov da seçkiyə qatılır - İş adamı Nizami rayonundan namizədliyini irəli sürəcək

Çempionlar Liqası: "Qarabağ" - "Linkoln" matçının biletləri sabahdan satışa çıxarılacaq

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxış edib - Yenilənib

Ən çox oxunanalar