Çərşənbə axşamı, 03 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakının mərkəzində qazilərlə şəhid ailəsi əlbəyaxa oldular - Video

Bakının Nəsimi rayonu, Üzeyir Hacıbəyov küçəsi ilə Nizami küçəsinin kəsişdiyi ünvanda yerləşən "Qızılgül bağı" parkının arxa hissəsində I Qarabağ müharibəsi qaziləri ilə şəhid ailəsi arasında insident yaşanıb. İnsident zamanı şəhid ailəsi olan sahibkar Əyanət Məmmədovun xəsarət aldığı deyilir.

Şəhid ailəsi Əyanət Məmmədov açıqlamasında bildirib ki, özünü I Qarabağ müharibəsi qazisi kimi təqdim edən Qurban Əliyev adlı şəxs 25 nəfəri başına toplayaraq, ondan qanunsuz olaraq aylıq 1000 manat pul tələb edir.

"Özünü I Qarabağ müharibəsi qazisi kimi təqdim edən Qurban Əliyev adlı şəxs 25 nəfəri də başına toplayaraq, mənə hücum edib. Onlar Nəsimi rayonu, Üzeyir Hacıbəyov küçəsi ilə Nizami küçəsinin kəsişdiyi ünvanda yerləşən "Qızılgül bağı" parkının arxa hissəsində məndən aylıq 1000 manat pul verməyimi tələb ediblər. Qurban Əliyev mənə dedi ki, həmin pulu "Vətən müharibəsi əlillərinə kömək" ictimi birliyi adından toplayırıq. Səbəb kimi də mənə deyir ki, biz Qarabağ qazisiyik və sən bizə bu qədər vəsait verməlisən. Mən isə həmin pulu verməyəcəyimi deyəndə onlar mənə çəliklə hücum etdilər və başıma xəsarət yetirdilər. Bununla bağlı cənab Prezident İlham Əliyevə və hüquq-mühafizə orqanları rəhbərlərinə müraciət etmişəm. Hazırda araşdırma aparılır".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Müşahidəçinin boğazından yapışan Eldar Tağıyev danışdı

Prezident İlham Əliyev Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident və birinci xanım Kəlbəcərdə “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak ediblər - Yenilənib

Prezident Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olub - Yenilənib

Prezident İlham Əliyev və Mehriban Əliyeva Kəlbəcər sakinləri ilə görüşüblər

Bakıda ata imtahanda bal toplaya bilməyən oğlundan polisə şikayət etdi

Prezident və birinci xanım Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar -Yenilənib

Tovuzda baş qəzada xəsarət alanların kimliyi məlum olub - Yenilənib

ABŞ Ədliyyə Nazirliyi Maduronun təyyarəsinin ələ keçirildiyini təsdiqləyib - Yenilənib

Turşu bağlayanların diqqətinə: Ölümə səbəb olur

Ən çox oxunanalar