Cümə axşamı, 08 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sərdar Həmidovun evinə qumbara atılıb?

Tərtər rayon icra hakimiyyətinin sabiq başçısı, əfsanəvi komandir Sərdar Həmidovun adıçəkilən rayondakı mülkündən qumbara tapılıb.

PİA.az bildirir ki, bu barədə mərhum başçının oğlu Şəhriyar Məcizadə bildirib.

Onun sosial şəbəkə hesabında bu barədə yazdıqlarını təqdim edirik: Kimsə Tərtərdəki evimizin tövləsinə qumbara atıb.

Tərtərdəki ailə üzvlərimin bildirdiklərinə görə tövlə iki-üç gün bundan əvvəl təmizlənmişdi. Amma bugün tövlədə paslanmış qumbara aşkar olunub.

Dərhal DİN 102 xidmətinə məlumat veriblər. Bundan sonra Tərtər rayonu Polis İdarəsinin əməkdaşları gəlib yerə baxış keçirib, şəkilləri çəkiblər.

Amma qumbaraya toxunmayıblar və bildiriblər ki, ANAMA gəlməlidir. Təxminən bir saat sonra ANAMA-nın əməkdaşları gəliblər və çəkilişlə paslanmış qumbaranı götürüblər. Söz veriblər ki, gəlib bütün həyəti axtaracaqlar. Əvvəlcə aidiyyatı qurumlara göstərdiyi operativliyə görə təşəkkür edirəm.

İndi keçək məsələnin digər tərəfinə. Mən bu hadisənin kiminsə tərəfindən planlaşdırılmış şəkildə həyata keçirildiyi qənaətindəyəm. Bunun bir neçə səbəbi olar: 1. Kimsə Sərdar Həmidovun ailə üzvlərinə qarşı terror həyata keçirmək istəyib. Nəzərə alsaq ki, mənim az yaşlı bacım oğlu orda yaşayır və o qumbaranı tapdığı halda bilmədən partlayış baş verə bilərdi və həyatını itirə bilərdi.

O zaman ortaya başqa bir mənzərə çıxır. Deməli kimsə aylar əvvəl hüquq mühafizə orqanlarına ailə üzvlərimin təhlükəsizliyinin təmin olunması müraciətinin ictimaiyyət qarşısında bu cürə “cavab”landırılığını göstərmək istəyir. 2. Bizi Tərtərdən qorxudub çıxarmaq istəyənlər ola bilər. Buda başqa cür bir təxribatdır.

Çünki mən dəfələrlə hüquq mühafizə orqanlarına, dövlət başçısına məhz ailə üzvlərimin təhlükəsizliyi ilə bağlı müraciət etmişəm. Xatırlayırsınızsa ötən ilin yay aylarında bizim evin ərazisinə qanunsuz girən adamların fotolarını yayınlamışdım və məsələni ictimailəşdirmişdim.

Deməli burda da dövlət və hökümətə qarşı təxribat izi var. 3. Kimsə bizi şərləmək istəyir. Və bunun üçün zəmin hazırlayıb amma məsələnin üstü vaxtında açılıb. Bütün hallarda mənim bu addımın kimlər tərəfindən hazırlana biləcəyini, kimlər tərəfindən icra edilə biləcəyi ilə bağlı təxminlərim var.

Amma mən bunu kimisə ədalətsiz yerə ittiham etmək, məsələ araşdırılmadan qərəzli görünmək niyyətində olmadığım üçün deməyəcəm. Məsələni araşdırmalı olan hüquq mühafizə orqanlarıdır. Və məndə onların rəsmi mövqeyini gözləyəcəm. Azərbaycan dövlətinin bu cinayət aktını törədən şəxsləri qısa zamanda tapa bilməsi üçün əlində bütün texniki imkanları var.

Burdan Azərbaycan Respublikası Hüquq mühafizə orqanlarına müraciət edirəm ki, məsələni tam və obyektiv şəkildə araşdırsınlar. 11 yaşında bacım oğluda daxil olmaqla ailə üzvlərimin yaşadığı Tərtər rayonundakı evimizə bu qumbaranı qoyanlar, qoyduranlar tapılıb qanun qarşısına çıxarılsın.

Azərbaycan Prezidenti Cənab Ali Baş Komandan İlham Əliyevədə müraciət edirəm ki, bizim ailəmizin təhlükəsizlik məsələsini şəxsi nəzarətinə götürsün.

Qeyd edək ki, Sərdar Həmidov sabiq Daxili işlər naziri İsgəndər Həmidovun qardaşıdır. (gununsesi.info)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İşdən çıxarılan icra başçısı kimdir? - Dosye

“Neftçala Aqropark” kimlərə görə və nə üçün faəliyyətə başlaya bilmir?

Poddubnının həlak olması ilə bağlı məlumat təkzib olunub - Yenilənib

Mərdəkanda 52 yaşlı kişi tüfənglə qətlə yetirilib -  Cinayət işi başlanıb

Pezeşkian Xameneidən İsrailə hücumdan çəkinməyi xahiş edib

Qaçaqmalçılıq cinayətlərinin törədilməsinə şərait yaradan gömrük işçiləri həbs edilib

Paris-2024: Həsrət Cəfərov yarımfinalda azərbaycanlı güləşçi ilə qarşılaşacaq - Yenilənib

"Salamat yeri yox idi" - Veteran yerləşdirildiyi psixiatriya xəstəxanasında döyülüb?

İlham Əliyev Berdiyevin vəfatı ilə bağlı başsağlığı verdi

Haniyənin ölümü: Şahid hadisənin təfərrüatını danışdı

Paris-2024: Azərbaycan güləşçisi bürünc mükafat uğrunda görüşdə uduzub

Ən çox oxunanalar