Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nefti büdcədən çıxsaq…

İqtisadçı alim Qubad İbadoğlu Azərbaycanın dövlət büdcəsinin neftdən asılılığı məsələsinə diqqət çəkib. Novator.az-ın məlumatına görə, ekspert yazır ki, 2021-ci ilin dövlət büdcəsi layihəsində cari xərclərə 18,01 milyard manat vəsait ayırmaq nəzərdə tutulur: “Büdcə gəlirlərinin 11,65 milyard manatı qeyri-neft sektorunun payına düşür. Qeyri-neft sektorunun gəlirləri cari xərclərin ən yaxşı halda 64,7 faizinə bəs edir. Bu o deməkdir ki, büdcəyə neft pulları gəlmədiyi halda qeyri-neft sektorunun hazırkı potensialı ilə ən vacib xərclərin (idarəetmə, əməkhaqqı, sosial müavinət və sairə) hər 3 manatından 1 manatı kəsirdə qalır.

Büdcə yalnız cari xərclərdən ibarət deyil. Layihəyə görə, gələn ilin büdcəsinin 8,3 milyard manatı əsaslı xərclərə, 2,2 milyard manatı dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldiləcək.

Başqa ölkələrlə müqayisə aparsaq, neft gəlirləri çıxılarkən büdcə mövqeyimiz xeyli zəifləyir. Ermənistanın 2021-ci il büdcəsində adambaşına gəlir proqnozu 1099 dollardır. Gürcüstanda bu göstərici 1135 dollara, Türkiyədə 1670 dollara, Rusiyada 1752 dollara bərabərdir.

Azərbaycanda gələn il adambaşına 1477 dollar büdcə gəliri nəzərdə tutulur. Ancaq neft gəlirləri nəzərə alınmasa, rəqəm 676 dollara düşür”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Ödəmə terminalından səhvən başqasının hesabına göndərilən pul necə geri alına bilər? - Video

Fəzail İbrahimlinin təşviqat kampaniyasını uğurla davam edir

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

"Deyirlər ki, onsuz da Heydər Əsədov seçilib də..." - Şirvanda namizədlər arasında qalmaqal

Kişilər və qadınlar ən çox hansı yaşda aldadırlar?

Ən çox oxunanalar