Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qarabağdan sonra ən böyük problem korrupsiyadır”

"Yola saldığımız ildə itkilərimiz çox olsa da qazanclarımız da vardır. Ən böyük qazancımız uzun illər işğal altında olan torpaqlarımızın xilaskar ordumuz tərəfindən azad edilməsidir”.

Bunu Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu deyib.

Onun sözlərinə görə, 2020-ci il Azərbaycanın 7 rayonunun və Şuşa şəhərinin, eləcə də Hadrut qəsəbəsinin işğal tarixlərinin sonuncu ili kimi yaddaşlara həkk olundu.

"Bu yaxşı başlanğıcdır. Gəlin, uğurlarımızı çoxaltmaq üçün mübarizəmizi davam etdirək, arxayınlaşmayaq.

Hesab edirəm ki, Azərbaycanın Qarabağdan sonra ən böyük problemi korrupsiyadır. Korrupsiya ölkəni, iqtisadiyyatı, ən başlıcası da insanları inkişafdan saxlayır, gəlirlərin və sərvətlərin ədalətsiz bölgüsünə, yoxsulluğa və işsizliyə şərait yaradır.

Bir neçə ildir ki, korrupsiya ilə qarşılaşmıram, ona görə də özümü ABŞ-da çox rahat və təhlükəsiz hiss edirəm. İnanıram ki, Azərbaycanı da korrupsiyadan xilas etsək, hər kəsin firavan və təhlükəsiz həyatına nail ola biləcəyik.

Qarşıdan yeni il gəlir. Fikrimcə, 2021-ci il korrupsiya ilə mübarizə ili elan edilməlidir. 2020-ci ildə müzəffər ordumuz Qarabağı ermənilərdən azad etdiyi kimi 2021-ci ildə də bizlər Azərbaycanı korrupsionerlərdən xilas etməliyik. Gəlin, 2021-ci ili korrupsiyaya qarşı müharibə ili elan edək.

Unutmayın ki, bu inkişafımız üçün son şansımızdır.

Qarabağda zəfər qazanan Azərbaycanın korrupsiyaya məğlub olmasına yol verməyə haqqımız çatmır”.(Qaynarinfo)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Ödəmə terminalından səhvən başqasının hesabına göndərilən pul necə geri alına bilər? - Video

Fəzail İbrahimlinin təşviqat kampaniyasını uğurla davam edir

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

"Deyirlər ki, onsuz da Heydər Əsədov seçilib də..." - Şirvanda namizədlər arasında qalmaqal

Kişilər və qadınlar ən çox hansı yaşda aldadırlar?

Ən çox oxunanalar