Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FHN-nin Zığda yerləşən modul tipli hospitalına xəstələr 500 manat qarşılığında yerləşdirilir? - Sensasion iddialar

Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Zığda yerləşən modul tipli hospitalı 2 277 çarpayılıqdır. Bu hospital Azərbaycanda koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan ən böyük xəstəxanadır. Orda baş verən heç bir hadisəni gizlətmək mümkün deyil”.

PİA.az-ın xəbərinə görə, bunu ekspert Qubad İbadoğlu deyib.

ABŞ-da yaşayan dostlardan onların qohumlarının təcili yardım həkimlərinin vasitəçiliyi 500 manat pulun müqabilində Zığda hospitala yerləşdirildiyini eşitmişəm. Eyni zamanda deyirlər ki, həmin hospitalda ölüm əmsalı daha yuxarıdır. Danışırlar ki, dərman təchizatında problemlər vardır, dərmanlar dəllallar vasitəsilə dəfələrlə baha qiymətə satılır. Mətbuatda yazırlar ki, COVİD-19 testləri monoöpoliyadadır. Bütün bunlara görə də sosial şəbəkələrdə xəstəxanalara getmək risklidir deyə təbliğat aparılır. Mən bunun əleyhinəyəm. Hesab edirəm ki, problemin həlli xəstəxanalarda getməkdən imtinada deyil, hospitallardakı vəziyyəti düzəltməkdədir. Səhiyyə sahəsində dövlət sifarişlərini gizlədib, ölkəyə gətirilən tibb avadanlıqlarının, dərman preparatlarının və ləvazimatlarının satışından milyonlarIa dollar qazananları ifşa etməklə biz baş verən neqativ halların qarşını ala bilərik. Bu neqativ hallar sonda insanların həyatını itirməsinə gətirib çıxarır. Bu yolverilməzdir. Odur ki, bir daha TƏBİB-i, FHN, Səhiyyə Nazirliyini və Baş Prokurorluğu birgə bəyanat verməyə çağırıram. Ola bilər ki, qəza olub, ölən və yaralanan yoxdur, amma nəysə baş veribsə, mütləq əhali məlumatlandırılmalıdır. Bu hər bir hökümətin xalq qarşısında birinci məsuliyyətidir. Müharibə bitdi, cənablar, mülki həyatda baş verənlərə dair dəqiq-dürüst məlumat verin!” – Q.İbadoğlu qeyd edib.(Pravda.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Ödəmə terminalından səhvən başqasının hesabına göndərilən pul necə geri alına bilər? - Video

Fəzail İbrahimlinin təşviqat kampaniyasını uğurla davam edir

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

"Deyirlər ki, onsuz da Heydər Əsədov seçilib də..." - Şirvanda namizədlər arasında qalmaqal

Kişilər və qadınlar ən çox hansı yaşda aldadırlar?

Ən çox oxunanalar