Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcülərin erməni vəhşiliyindən “nəsibi”: Baş kəsmək, göz oymaq, diri-diri yandırmaq... - Video

Bədnam qonşu olan ermənilər gürcü xalqına qarşı da az vəhşilik törətməyib. Gürcüstanın Abxaziya bölgəsinin ölkədən ayrılması uğrunda gedən döyüşlərdə gürcülərə divan tutan yerli erməni separatçıların yaratdığı Baqramyan batalyonu bütün Abxaziya gürcülərinin yaddaşına həkk olunub.

Gürcü veteran Vaxtanq Gorgokia Baku TV-yə Baqramyan batalyonunun vəhşiliyindən danışıb.

“Gürcülər müstəqillik istəyirdi. Gürcüstanda yaşayan ermənilər isə Sovetlərin tərkibində qalmağın tərəfdarı idilər. Elə bu səbəbdən də yerli ermənilər 1993-cü il mart ayının 15-də Baqramyan batalyonunu yaratdılar. Bu, Sxumiyə ilk böyük hücumun ərəfəsi idi. Onlar əsgər deyildilər.

Əsgərlərə, döyüş qanunlarına, döyüş əxlaqına uyğun olmayan vəhşiliklər törədirdilər. Uşaqlara atəş açmaq, qadınların, yaşlıların gülləbaran edilməsi, baş kəsmə, burun, qulaq kəsmə, gözlərin oyulması, diri-diri yandırma - erməni batalyonu, Baqramyan dəstəsinin üzvləri bütün bunları yerli dinc, silahsız insanlara edirdi. Uşaqlar onlara nə edə bilərdi ki? Ümumiyyətlə, heç nə. Uşaqları dəmir, iti uclu hasarlara taxırdılar”.

Baqramyan batalyonunun qurucularından birini şəxsən tanıdığını deyən Vaxtanq Gorgokia maraqlı faktlara aydınlıq gətirib.

“Bu batalyonun qurucularından biri Albert Tapalyandır. Sonralar isə o, erməni diasporu tərəfindən Abxaziya parlamentinə deputat seçildi. Hətta parlamentin ikinci sədri də oldu.

Maraqlısı isə odur ki, mən onu şəxsən tanıyırdım. O həkim idi. Onun siyasətlə heç bir əlaqəsi yox idi. Biz ona ayaqqabı və digər qıtlıq olan əşyalar alırdıq. Təxminən min nəfərlik bu batalyon peşəkar hərbçilərdən, yox sırf yerli etnik ermənilərdən təşkil edilmişdi”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Birlikdə özlərini meşədə asan boşanmış qadının və 11 yaş kiçik sevgilisinin fotoları - Video, Yenilənib

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Bayden prezidentlik yarışından geri çəkiləcəyini istisna etməyib

ABŞ mediası Qarabağ müharibəsini Ukraynadakı münaqişə ilə müqayisə edib

Sabir Rüstəmxanlı və İqbal Ağazadə deputatlığa namizədliyini verməyəcək

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları 25 şəxsi cinayət başında yaxalayıb

Ən çox oxunanalar