Şənbə, 03 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezident Naxçıvanın bu ərazisi ilə bağlı qanuna dəyişiklik etdi

Prezident İlham Əliyev “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə Qanunu təsdiqləyib.

PİA.az xəbər verir ki, “Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 12 iyun tarixli 128-VIQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alınır:

“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nın “Babək rayonu” bölməsində aşağıdakı dəyişikliklər edilsin:

59.3-cü sətirdə “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Babək qəsəbəsi” sözləri “Babək şəhəri” sözləri ilə əvəz edilsin.

59.4-cü sətirdə “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Cəhri kəndi” sözləri “Cəhri qəsəbəsi” sözləri ilə əvəz edilsin.

59.17-ci sətirdə “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Nehrəm kəndi” sözləri “Nehrəm qəsəbəsi” sözləri ilə əvəz edilsin.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı-Sumqayıt yolundakı avtobus qəzasında ölən və yaralananların adları açıqlanıb - Yenilənib

Paris-2024: Azərbaycan cüdoçusu təsəlliverici görüşdə mübarizəni dayandırıb

İran hərbi texnikaları hərəkətə keçdi - Əhaliyə xəbərdarlıq edildi

İsrail ilə Türkiyə arasında artan gərginlik və Azərbaycan...

Qazaxda mina partlayışında xəsarət alan iki nəfərin ayağı amputasiya edilib - Yenilənib

Partnyorunuzla xoşbəxt münasibət qurmağın 3 yolu

Ovuclardakı xətlər nəyə lazımdır? - İnsan bədəni haqqında

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Milli Kino Günü qeyd olunub

Sabah cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay