Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qarabağın məşhur müəllimləri” - Əbdürrəhim bəy Haqverdiyev

Təhsil Nazirliyinin "Qarabağın məşhur müəllimləri" layihəsinin növbəti tarixi siması Əbdürrəhim bəy Haqverdiyevdir.

Təhsil Nazirliyindən "Report"a bildirilib ki, Əbdürrəhim bəy Əsəd bəy oğlu Haqverdiyev 1870-ci ildə Qarabağ mahalının Şuşa şəhəri yaxınlığındakı Ağbulaq kəndində anadan olub. Yazıçı, dramaturq, pedaqoq, ədəbiyyatşünas, teatr xadimi, klassik Azərbaycan ədəbiyyatının korifeyi Əbrürrəhim bəy Haqverdiyev Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) ədəbiyyatdan mühazirələr oxuyub, maarifpərvər ziyalı olaraq fəaliyyət göstərib.

Əbdürrəhim bəy Haqverdiyev xalqın maariflənməsində teatrın rolunun əvəzsiz olduğunu yazırdı: “Xalqla danışmaq, onu mədəniyyətə və maarifə çağırmaq üçün ən yaxşı vasitə teatr səhnəsi idi”. Uşaqların milli-mənəvi dəyərlərə sadiqlik ruhunda tərbiyə olunması, Vətənə sevginin aşılanması ədibin ən ali məqsədlərindən olub. “Ata və oğul” hekayəsində yazdığı fikir isə yazıçının həyatının əsl ifadəsidir: “Xoş o şəxsin halına ki, öləndən sonra onun adı dillərdə diri qala, ehtiram və rəhmətlə yad ola”.

Qeyd edək ki, "Qarabağın məşhur müəllimləri" layihəsi çərçivəsində Qarabağda doğulan və vaxtilə pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi müzəffər Azərbaycan Ordusunun qələbə xəbərlərinə sevindiyimiz bu günlərdə əslən Qarabağdan olan məşhur müəllimləri yad etməkdir.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu bürclərin atdığı hər addım şansla dolu olacaq

Politoloq: BRİCS yaxın müddətdə Avropa İttifaqını öz iqtisadi gücü ilə üstələyəcək...

Bakıda üzünə dolğu etdirən qadının çənəsi əyildi - Foto

Prokuror sabiq deputat Nazim Bəydəmirliyə 9 il həbs cəzası istəyib

Ötən həftə 49 mina, 690 partlamamış hərbi sursat zərərsizləşdirilib    

MSK parlament seçkilərinin nəticələrinin təsdiqi üçün sənədləri Konstitusiya Məhkəməsinə təqdim edib

Nəqliyyatda inqilab: "Tesla" elektrikli qatarını təqdim edir    

Formula 1-dən sonra yollarda bütün məhdudiyyətlər aradan qaldırılıb

Ən çox oxunanalar