Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Soyadınızdakı və övladlarınızın soyadındakı rus sonluqlarından imtina edin - Q.İbadoğlu

"Soyadınızdakı və övladlarınızın soyadındakı rus sonluqlarından imtina edin, familiyanızı milliləşdirin".

PİA.az-ın xəbərinə görə, bunu Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu təklif edib.

"Aidiyyatı dövlət orqanlarına da müraciət edirəm ki, ad və soyad dəyişməsi üçün rüsumu ləğv edin və hər kəs üçün bunu əlçatan edin. Bunun üçün ASAN xidmətə aşağıdakı sənədlər təqdim olunmalıdır:

Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizə;

Ərizə verən şəxsin doğumu haqqında şəhadətnamə;

Ərizə verən şəxs nikahdadırsa, nikah haqqında şəhadətnamə;

Ərizə verən şəxsin nikahı pozulmuşdursa, nikahın pozulması haqqında şəhadətnamə;

Ərizə verən şəxsin yetkinlik yaşına çatmayan uşaqları vardırsa, onların doğumu haqqında şəhadətnamələr;

Şəxsiyyəti təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti;

İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin və ya hərbi biletin notariat qaydasında təsdiq edilmiş surəti;

Ərizə verən şəxsin 3x4sm ölçüdə 2 ədəd fotoşəkili;

Dövlət rüsumunun ödənilməsi barədə sənəd.

İştirak etməli olan şəxslərin siyahısı belədir:
Uşaq 18 yaşına çatanadək onun valideynləri;
Ərizə verən şəxsin özü;

Notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında səlahiyyətli şəxslər.

Dövlət rüsumunun məbləği 10 manatdır. Mən bu dəyişikliyi 2013-cü ildə etdim, baxmayaraq ki, ondan 20 il əvvəl onsuzda qeyri-rəsmi rus soyadından imtina etmişdim. Sadəcə, 2013-cü ildə qanun sadələşən kimi rəsmiləşdim. Bir məqamı nəzərə alın ki, daha yaxşısı yeni doğulan uşaqlara birbaşa olaraq milli soyad götürməkdir. Çünki sonrada ad və soyad dəyişiliyi əlavə işlər yaradır. O zamana qədər sizin əldə etdiyinzi bütün sənədləri yeniləşmək zərurəti yaranır" - Q.İbadoğlu qeyd edib.(Pravda.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ödəmə terminalından səhvən başqasının hesabına göndərilən pul necə geri alına bilər? - Video

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Fəzail İbrahimlinin təşviqat kampaniyasını uğurla davam edir

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

"Deyirlər ki, onsuz da Heydər Əsədov seçilib də..." - Şirvanda namizədlər arasında qalmaqal

Kişilər və qadınlar ən çox hansı yaşda aldadırlar?

İranın Baş Qərargahı "Fars" agentliyinin Rəisinin helikopterinin qəzası ilə bağlı şərhini təkzib edib

Diqqət: Metronun "28 May" stansiyasının qarşısında ilanlar peyda olub

"Araz-Naxçıvan" Çempionlar Liqasında mübarizəyə qələbə ilə başlayıb

Bakıdan Antalyaya təyyarə reysi yenidən təxirə salındı

Qara Qarayev əvəzedici heyətə göndərilməsinə münasibət bildirib

Ən çox oxunanalar