Bazar ertəsi, 29 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Maksim Medvedev: “Qarabağın adını Polşada bir daha Avropaya səsləndirdik”

“Qarabağ”ın futbolçusu Maksim Medvedev Avropa Liqasının pley-off mərhələsində Polşada “Legiya” üzərində qazanılan qələbəni dəyərləndirib.

- Komanda “Legiya” üzərində layiqli qələbə qazandı. Demək olarmı ki, ağırlığı üstünüzdən atdınız?

- Həqiqətən də, emosional ağırlıq altında idik. Oyuna gedəndə nə dərəcədə məsuliyyət daşıdığımızı başa düşürdük. İstər-istəməz psixoloji təzyiq var idi. Hər bir ssenariyə hazır idik. Baş məşqçi bizimlə cəbhədə olan vəziyyət barədə daim danışırdı. Bunu əcnəbi futbolçularımıza da çatdırmağa çalışırdıq ki, matçın Azərbaycan üçün nə dərəcədə vacib olduğunu başa düşsünlər. İstəyimizə nail olduq, qələbə qazandıq. Bu qələbəni əsgərlərimizə və Azərbaycan xalqına həsr edirik. Fikirləşirəm ki, növbəti qələbələri də əsgərlərimizə hədiyyə edəcəyik.

- 90 dəqiqə ərzində “Legiya”ya nəfəs almağa imkan vermədiniz. “Molde” ilə görüşdə bu cür çıxış etməyə nə mane oldu?

- Statistikaya baxsaq, “Molde”ni də hərtərəfli üstələmişdik. Sadəcə, qol imkanlarından yararlana bilmədik. Allah böyükdür, “Ferensvaroş” önündə hansı nəticə olacağını bilmirdik. Qismət o imiş ki, “Molde”yə penaltilər seriyası ilə uduzaq. Azərbaycanın bu ağır günündə Qarabağın adını Polşada bir daha Avropaya səsləndirdik.

- İki gün Polşada oldunuz. Yəqin ki, həmin vaxt cəbhə xəttində olan vəziyyəti müntəzəm izləyirdiniz. Bütün bunlar komandaya necə təsir edirdi?

- Bilirsiniz ki, heyətdə çox əcnəbi futbolçu var. Onlar, bəlkə də, söhbətin bu qədər ciddi olduğunu bilmirlər. Şəxsən mən özüm iki gün idi yatmırdım. Hər səhər saat 7-də mesajlar gəlirdi, xəbərləri açıb baxırdım. Qara Qarayevlə nə vaxt bir araya gəlirdik, ancaq cəbhədə olan vəziyyəti müzakirə edirdik.(apa)

pia.az


Etiket: Maksim Medvedev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dövlət qulluğuna qəbul imtahanında 22 nəfər uğur qazanıb

Faiq Ağayevlə Zülfiyyə Xanbabayeva illər sonra bir arada

Abituriyentlər musiqi sənətinə aid nəzəriyyə fənləri üzrə imtahan veriblər - Yenilənib

Qeyri-sabit hava şəraiti sabaha qədər davam edəcək 

ETSN hava məlumatları ilə bağlı əhaliyə xəbərdarlıq edib

Cəlilabadda hündürlükdən yıxılan azyaşlı ölüb

Lənkəranda intensiv yağışdan sonra Lənkərançay daşıb, həyətlərə su dolub - Foto, Video

Türkiyə ordusu İraq və Suriyada 16 terrorçunu zərərsizləşdirib

Sumqayıtda 45 yaşlı kişini elektrik cərəyanı vurub öldürüb

Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb

ABŞ İsraili Beyrutdakı “Hizbullah” hədəflərinə hücum etməməyə çağırıb

Ən çox oxunanalar