Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Belçika kralının nikahdankənar qızı nəhayət şahzadə titulunu aldı

Keçmiş Belçika kralı II Albertin nikahdankənar qızı Delfina Boel uzun illik mübarizədən sonra şahzadə titulunu alıb.

Bu barədə RTBF xəbər yayıb.

Brüssel Apellyasiya Məhkəməsi 52 yaşlı Boelin kral ailəsinin digər üzvləri ilə eyni hüquqlara malik olduğunu təsdiqləyib. O, artıq şahzadə titulunu və Saksen-Koburq-Qot sülaləsinin soyadını daşıya biləcək. Onun övladları Jozefina və Oskar da Belçika şahzadəsi sayılıb. Qeyd olunur ki, indi onlara “Kral Həzrətləri” deyə müraciət ediləcək.

II Albert yanvar ayında Delfina Boelin bioloji atası olduğunu təsdiqləyib.

Boel 2013-cü ildən bəri DNT analizi üçün mübarizə aparırdı. Lakin o zamanlar Albert dövlət başçısı idi və məhkəmədə təqsirləndirilən şəxs kimi iştirak edə bilməzdi.

Boelin anası Baronessa Sibil de Seli Lonqşan 1966-1984-cü illərdə II Albertin məşuqəsi olduğunu iddia edib. Onun sözlərinə görə, qızı yetkinlik yaşına çatana qədər atasının adını ondan gizlədib.

Delfinanın qanuni atası Seli-Lonqşanın keçmiş əri Jak Boel hesab olunur. O çoxdan arvadından boşanıb və ehtimal ki, qızını mirasdan məhrum edib.(oxu.az)

pia.az


Etiket: Delfina Boel


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qardaşının hesabına Milli Məclisdə lövbər salan deputat...

Deputatlığa namizəd Əlibala Məhərrəmzadənin bu çıxışı dindarları qəzəbləndirdi - Video

Malik Həsənov Lotu Qulinin öldürüldüyü hoteli satıb?

Bakının 8 rayonu və Abşeronda iki gün su olmayacaq

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

Maliyyəçi Elnur Rəhimovu “Bakı Tikiş Evi”ndən parlamentə kim və necə daşıyır?..

Mask Kadırova “Cybertruck” “hədiyyə” etməsini şərh edib

Çempionlar Liqası: "Dinamo" - "Qarabağ" oyununun hakimləri müəyyənləşib

Paytaxt sakinlərinin su sınağı: Kimdir günahkar? - Rəsmi açıqlama

Kolumbiya İsrailə kömür tədarükünü dayandırıb

Ən çox oxunanalar