Çərşənbə, 03 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mübariz Mənsimov Fətullah Gülənlə görüşündən danışdı: “İçkili idim”

Türkiyədə həbs olunan Mübariz Mənsimovun bu gün məhkəməsi keçirilib.

Yenisabah.az Türkiyə mediasına istinadən xəbər verir ki, FETÖ terror təşkilatına üzv olmaqda ittiham olunan azərbaycanlı iş adamının 7 il yarımdan 15 ilə qədər həbsi istənilir.

Mübariz Mənsimov vəkillərinin iştirakı ilə məhkəmədə ifadə verib.

Azərbaycanlı iş adamı hazırda FETÖ fərarisi kimi axtarışda olan iş adamı İhsan Kalkavanla münasibətinə də aydınlıq gətirib. O bildirib ki, Kalkavanla ancaq ticarət işləri ilə əlaqədar görüşüb. Mənsimov Kalkavanın FETÖ-çü olmasından xəbərsiz olduğunu qeyd edib.

Mübariz Mənsimov ifadəsində iki dəfə Fətullah Gülənlə görüşdüyünü də bildirib:

“İlk görüş məni iftar üçün Amerikaya çağırmaları ilə olub. Mən də o gün içki içmişdim. Bu səbədən getmək istəməsəm də, israr etdilər. “Hoca” deyilən adam yanında oturmağımı istədi. Mən də “içkiliyəm, qalxa bilərəm?”, deyə soruşdum. O isə cavabında “bu, səninlə Allah arasında olan bir şeydir”, dedi.

Bir din adamının bunu deməsi mənə çox gülməli gəldi. O, bizə evini gəzdirdi. Gəzərkən evdə üzərində Azərbaycan yazılan bir şüşə gördüm. Fətullah Gülənə “bu nədir?”, deyə soruşdum. Cavabında bildirdi ki, bunu iyləyib, iyləyib sakitləşirəm. Mən də, “təyyarəyə minib gedin də, niyə şüşəni iyləyirsiz?”, soruşdum. Bu məqamda biri qolumdan çəkib dedi ki, danışıqlarına fikir ver. O dəvətdəki siyasətçilər və iş adamları ilə mübahisə etdim, daha sonra oradan ayrıldım”.

Mənsimov bildirib ki, sözügedən dəvətdən sonra Fətullah Gülən camaatınn hədəfinə çevrilib.

Məhkəmə sədrinin Gülənin ona təsbeh verməsi ilə bağlı sualına iş adamının cavabı belə olub: “O təsbehi min dollara satdım”.

Mənsimovun ifadəsindən sonra məhkəmə prosesi davam edib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - Yenilənib

Etirazlara səbəb olan Azərbaycan filmi hansıdır?

Siyavuş Novruzovdan haqqında yayılan xəbərlə bağlı açıqlama - Yenilənib

Bakıda güclü yanğın başladı: Bir-birinə bitişik obyektlər külə döndülər

Hotellərdən fantastik qiymətə mənzil alanların sayı artıb

ABŞ Kiyevə 2,3 milyard dollarlıq silah paketi ayırdığını elan etmək niyyətindədir

İyulda gözlənilən maqnit qasırğaları: Nə vaxt olacaq?

Ərdoğan: Suriyada sülhə xidmət edəcək əlavə addımlar atıla bilər

Azərbaycanda bu bahalı əməliyyatlar ödənişsiz olacaq - Rəsmi açıqlama

Ən çox oxunanalar