Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ “Qırmızı Bazar ertəsi”nə bənzəyən seçkilərə hazırlaşır... - Faşizm liberal demokratiyanı öldürə biləcəkmi?

Tramp seçkilərdə qalib gəlmədiyi təqdirdə nəticələri tanımayacağını açıqlayıb və seçkiləri “oğurlamaq” üçün müəyyən addımlar atmağa başlayıb...

Ergin Yıldızoğlu
“Cumhuriyet” qəzeti, Türkiyə, 7 sentyabr 2020-ci il

Ölkənin yarısı Bayden-Haris cütlüyünün (sağ-sosial demokratiya) tərəfdarına, o biri yarısı isə kommunist, anarxist və hətta satanist kimi qəbul edəcək qədər sağ yönümlü bir hala dönüşüb. Bir qisim isə öz namizədlərindən razı deyillər və “faşizmi” bir proses olaraq tam mənimsəməsələr belə, yenə də xaosdan qorxurlar.

“The New York Times” qəzetindəki bir təhlil yazısında ABŞ-dakı prezident seçkiləri ilə əlaqədar olaraq “bu seçkilərin nəticələrini heç kim təxmin edə bilməz”, deyilirdi. Lakin mən bu barədə başqa cür düşünürəm. Tramp seçkilərdə qalib gəlmədiyi təqdirdə nəticələri tanımayacağını açıqlayıb və seçkiləri “oğurlamaq” üçün müəyyən addımlar atmağa başlayıb.

Əgər sosial bir dalğalanma olmasa, Demokrat Partiyasının namizədi Bayden və Haris bu seçkilərdə açıq fərqlə qalib gələ bilməyəcək. Çünki Tramp nəticələri qəbul etməyəcək, konstitusiya böhranı başlayacaq və “faşizm bir proses kimi” güc qazanacaq. Yəni o gecə bütün nəticələr açıqlanmadan əvvəl Tramp öz tərəfdarı olan medianın köməyi ilə qalibiyyətini elan etsə, onda küçələrdə yüksələcək etirazlara qarşı yerli və federal təhlükəsizlik qüvvələri, irqçi, faşist milislər zorakılıq tətbiq etməyə başlayacaq və beləliklə, faşizm bir proses kimi daha da güclənəcək.

Gücləndirici komponentlər

Prezident seçkilərinə gedən yolda, ümumən “Əmək Günü”ndən sonra (sentyabrın ilk bazar ertəsi) əsas mənzərə görünməyə başlayıb. İndi isə ümumi vəziyyətin bəzi komponentlərinin təsiri tədricən artır. Bayden-Harris cütlüyünün seçkilərdə qalib gəlməsi ehtimalı sürətlə azalır. Təhlükəsizlik qüvvələrinin və irqçi milislərin “Qaraların Həyatı Önəmlidir” (BLM) hərəkatına qarşı hücumları silahlı qarşıdurmaya səbəb olur.

Tramp irqçiliyi daha da qızışdırır, bütün müxalifəti düşmən elan edir. Bu çərçivədə, “Qaraların Həyatı Önəmlidir” hərəkatını boğmayan ştatların maliyyə qaynaqlarını kəsməyə və küçələrini federal hökumətin təhlükəsizlik qüvvələrinin nəzarətinə verməyə başlayıb. Şənbə günü CNN-nin verdiyi xəbərə görə, Tramp dövlət məmurlarına verilən “irqçiliyə qarşı həssaslıq” dərslərinin təbliğat olduğunu əsas gətirərək ləğv edib.

Tramp və Respublikaçılar Partiyasının elitası dini-irqçi silahlı milislərin törətdiyi zorakılığı tənqid etmədiyi kimi, hətta onların bu aktını özünümüdafiə kateqoriyasına qoyaraq haqlı çıxarmağa çalışır. Beləliklə, faşist qrupların “ağ irq hücum altındadır” paranoyasını rəsmi olaraq dəstəkləyirlər və “özünümüdafiə” iddialarına əsaslanan zorakılıq hallarını qanuniləşdirirlər.

Müxtəlif faşist qruplar arasında “Qlobalistlər - Yəhudilər dünya hökuməti qururlar, ağ millətləri kölə edəcəklər”, “qara geyimli adamlar”, “kimliyi bilinməyən helikopterlər” kimi iddialarla başlayan və “dünyanı idarə edən kərtənkələ irqi” sayıqlamasına qədər gedib çıxan fantastik bir inanc üstünlük təşkil edir. Bu inanca görə, onlara və “anarxist, kommunist, pedofil” bir təşkilat olan Demokrat Partiyasına qarşı Tramp Allah tərəfindən göndərilmiş bir xilaskardır.

Paranoya-şizofreniya

Seçkilərə gedərkən Tramp bu paranoid-şizofrenik ab-havanı daha da gücləndirir. Paranoya hissəsi göz qabağındadır, lakin şizofreniya da vacibdir. Tramp 4 ildir ölkəni idarə edir, amma indi “anarxiya” adlandırdığı hadisələrin öz dövründə alovlandığını unudur və Bayden seçilsə, anarxiyanın gələcəyini deyərək oda benzin tökməyə davam edir. Dövlətin bütün gizli və açıq kəşfiyyat qurumları ona bağlıdır, lakin tərəfdarı olan “Fox News”a verdiyi müsahibədə Tramp: “Baydenin arxasında qaranlıq qüvvələr var”, deyə qeyd edib. Müxbir dözə bilməyib “onlar kimlərdir?” deyə soruşduqda isə Trampdan “sənə sonra deyərəm” cavabını alıb. Tramp əlavə edib:

“Bu yaxınlarda bir nəfər təyyarəyə minəndə görüb ki, təyyarə qara dəri geyimli kişilərlə doludur. Onlar kimlərdir, hara gedirlər?”

Tramp bir tərəfdən seçkilərin oğurlanacağını deyir, lakin digər tərəfdən də oğurlamaq üçün bütün qanuni və texniki addımları atır. O, iki reallığın içində birdən yaşamağa çalışır: Blbir tərəfdən dövlət başçısı olaraq iqtisadiyyata, Covid-19 böhranına və qanuni sistemə cavabdehdir, digər tərəfdən isə, əslində heç bir məsələyə görə məsuliyyət daşımır. Sanki, müxalifdə olan odur.

Ölkənin yarısı Bayden-Haris cütlüyünün (sağ-sosial demokratiya) tərəfdarına, o biri yarısı isə kommunist, anarxist və hətta satanist kimi qəbul edəcək qədər sağ yönümlü bir hala dönüşüb. Bir qisim isə öz namizədlərindən razı deyillər və “faşizmi” bir proses olaraq tam mənimsəməsələr belə, yenə də xaosdan qorxurlar. Üstəlik, ağ dərili insanların “Qaraların Həyatı Önəmlidir” hərəkatına verdiyi dəstək də zəifləyir.

Düzdür, seçkilərin nəticələrini bilmək mümkün deyil. Ancaq seçki günü nələr olacağını təxmin etmək də çətin deyil. Vəziyyət Markezin “Qırmızı bazar ertəsi” romanını xatırladır (öncədən elan edilmiş qətl xəbərləri). “Bir proses olaraq faşizm”in aktyorları artıq liberal demokratiyanı öldürəcəklərini açıqlayıblar.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Özündən 11 yaş böyük, boşanmış sevgilisi ilə birlikdə intihar edən Yasinin məktubu tapıldı - Video, Yenilənib

Rektorun sahib olduğu mülklərin siyahısı: Universitet, kollec, orta məktəblər, klinika

Prezidentin xüsusi nümayəndəsinin yeni müavini kimdir? - Bioqrafiya

Rusiya Türkiyədən uzaqlaşır... - Putini Ankaradan uzaqlaşdıran səbəb nədir?...

Yollarda yeni növ radarlar quraşdırılır - Video    

Qorxmaz Hüseynovun icra başçısı olan qudası vəzifəsindən azad edilir

Lavrov Ukrayna ilə bağlı İstanbul danışıqlarının bəzi təfərrüatını açıqlayıb

İsrailli fəallar BMT TŞ-da çıxış edən Lavrovun çıxışını dayandırmağa çalışıb

Ən çox oxunanalar