Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həbs olunan icra başçılarının taleyi: Onları nə gözləyir?

“Həbs olunanlar məhkəmə qarşısında cavab verəcək”.

PİA.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı Azərbaycanda korrupsiyaya qarşı mübarizə çərçivəsində həbs olunan icra başçılarının taleyindən danışarkən deyib. 

Deputat qeyd edib ki, aparılan istintaq nəticəsində həbs olunan icra başçıları məhkəməyə çıxarılacaq: "Biz vaxtiylə həbs olunan icra başçıları haqqında fikirlərimizi söyləmişik. Hazırda istintaq gedir. İstintaqın nəticəsində onlar məhkəməyə çıxarılacaq. Məhkəmə də aparılan istintaqın nəticələrinə uyğun olaraq araşdırmalarını yekunlaşdırıb onlar haqqında hüquqi qiymət verəcək”.

Fəzail Ağamalı qeyd edib ki, bu prosesdə son söz məhkəmənindir: "Bizim nə gözləməyimizdən asılı olmayaraq, son söz məhkəmənindir. Gəlin, məhkəmənin qərarını gözləyək”.

Qeyd edək ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə çərçivəsində icra hakimiyyəti başçılarının həbsindən 8 ay keçir. Dekabrın 18-də Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev və müavini Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılıb. Ancaq proses sonrakı aylarda da davam edib və Yevlax rayonunun sabiq icra başçısı Qoca Səmədov, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev, Biləsuvar rayonunun icra başçısı Mahir Quliyev, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev və eləcə də bu rayonların bəzi vəzifəli şəxsləri korrupsiya, rüşvətxorluq, vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə həbs olnublar. Hazırda onların istintaqı davam edir. 

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Notariusların fəaliyyəti ilə bağlı yeni tələblər müəyyənləşib

İlham Əliyevdən hərbi xidmətə çağırışla bağlı sərəncam

Ən çox oxunanalar