Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ramin Bayramlı: “Modul tipli xəstəxanaların fəaliyyətə başlaması üçün heyət yox idi” - Video

ÜST-ün və digər beynəlxalq səhiyyə qurumlarının ölkəmizə dəvət edilən ekspertləri payız aylarına hazırlıqla bağlı tövsiyələr verirlər”.

Baku TV xəbər verir ki, bu sözləri TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Gənclər və İdman nazirliyinin tabeliyində olan Hövsan və Abşeron Olimpiya İdman Komplekslərinin müvəqqəti xəstəxanaya çevrilməsinin açılış mərasimində deyib.

Onun sözlərinə görə, bütün dünya ölkələri bu hazırlığı görür, çünki xəstəliyin gedişatını öncədən proqnozlaşdırmaq çox çətindir:

“Virusun gələcəkdə mutasiyaya uğraması, payız aylarında ehtimal olunan digər respirator virus infeksiyalarla birlikdə gedişatı və s. problemlərə səbəb ola bilər. Bununla səhiyyə müəssisələrinin üzərinə düşən yük arta bilər. Bu baxımdan bütün ölkələr ehtiyat tədbirini görür. Bu gün vəfat edənlərin sayını dünya statistikası ilə müqayisə etsəniz, görərsiniz ki, ölkədə bu rəqəm iki faizdən daha azdır. Orta yaş təxminən 65 yaş civarındadır. Bu da onu göstərir ki, tibb müəssisələrimizin hazırlanması, müalicə protokollarının düzgün tərtibi insanlarımızın sağlamlığını qorumağımıza imkan verib”.

Jurnalistlərin suallarını cavablandıran sədr lazım gələrsə, modul tipli xəstəxanaların tibbi personalla təmin oluna biləcəyini də deyib:

“Xaricdən dəvət etdiyimiz mütəxəssislərin burada olmasının bir səbəbi də təlimlərin tez keçirilməsidir. Əslində tibbi heyətimiz yetərlidir, sadəcə reanimasiya vəziyyətində yardım göstərmək üçün müəyyən təcrübəyə ehtiyac var. Bir müddət əvvəl istifadəyə verilmiş “Yeni Klinika” tibbi mərkəzi 575 yataqdan ibarətdir. İstifadə edilən modul tipli beş xəstəxananın hərəsində 200 yer var. Bunlar ümumilikdə 1500 çarpayı edir. Bu xəstəxanaların fəaliyyətə başlaması üçün heyət yox idi. Biz TƏBİB-in tabeliyində olan digər xəstəxanalardakı tibbi heyətə təlim keçərək ora yönəltmişik. Proses bu şəkildə də davam edəcək”.

Gənclər və İdman naziri Azad Rəhimov isə bildirib ki, kompleksdə fəaliyyət göstərən yeməkxana və camaşırxana da tibb heyətinin istifadəsinə veriləcək. Hövsan Olimpiya İdman Kompleksinin iki idman zalında müvəqqəti arakəsmələr qurulmaqla çarpayı sayı 280-ə yaxın xəstəxana palataları və 10 çarpayılıq reanimasiya zalı quraşdılıb.

“15 günə ən müasir avadanlıqla ranimasiya bloku yarada bildik. Təcrübəmiz var, çox istərdik ki, bu kompleks yenidən idman üçün əsas fəaliyyətinə qayıtsın. Amma mən də razıyam ki, ola bilsin payızda pandemiya ilə bağlı çoxalma olsun. Buna görə də bizdə ehtiyat olmalıdır”, - deyə A.Rəhimov bildirib.

Xatırladaq ki, hər iki kompleksin fasiləsiz elektrik təchizatı üçün müvafiq gücdə generatorlar quraşdırılıb, cari təmir işləri görülüb əlavə zəruri kommunikasiya xətləri və sistemləri çəkilib. Binalara giriş-çıxış üçün əlavə panduslar quraşdırılıb.

pia.az


Etiket: Ramin Bayramlı


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

ABŞ Azərbaycanla Ermənistan arasında sülhün mümkünlüyünə inanır

Deputat: “Uşağı əməliyyatla dünyaya gətirirlər, bunun nəyi analıqdır?!” - Video

AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib

Ən çox oxunanalar