Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Koronavirusa qarşı daha bir neçə potensial dərman tapıldı

Bu barədə “Cell Research” jurnalında dərc olunan məqalədə bildirilib...

ABŞ-ın Cənubi Florida Universitetinin alimləri və onların Arizona Universitetindəki həmkarları SARS-CoV-2-yə qarşı bir neçə potensial dərman tapıblar. Müəyyən edilmiş birləşmələr insan hüceyrələrində koronavirusun replikasiyasını dayandıra bilir.

Bu barədə “Cell Research” jurnalında dərc olunan məqalədə bildirilib.

Tədqiqatçılar FDA (ABŞ-da Qida və Dərman İdarəsi) tərəfindən təsdiqlənmiş və hepatit C-yə qarşı istifadə olunan “boseprevir” və “GC-376” antiviral dərmanların virusun çoxalmasında və yeni hüceyrələrin yoluxmasında əsas rol oynayan Mpro viral proteazanı hədəf aldıqlarını müəyyən ediblər.

Mütəxəssislər uzun müddətdir Mpro-nu SARS və MERS-ə səbəb olan SARS-CoV-2 viruslarına bənzər genlərə qarşı yönəlmiş dərmanların hədəfi kimi qəbul edib.

Qeyd olunur ki, “GC-376” peritonitə səbəb olan ölümcül koronavirusa yoluxmuş pişiklər üçün potensial müalicə vasitəsidir.

Koronavirusa qarşı digər bir namizəd isə antitumor aktivliyi olan, neyrodegenerativ xəstəliklərə qarşı kömək edən və antiviral təsir göstərən Calpain II və XII inhibitorlarıdır.

Xatırladaq ki, Rusiyanın “R-Farm” şirkəti yüngül və orta dərəcəli COVID-19 xəstəliyinin terapiyasında istifadə olunacaq “Koronavir” preparatının qeydiyyatını başa çatdırıb. Bu preparat Rusiyada və dünyada SARS-CoV-2-nin fəsadları ilə deyil, birbaşa virusun özü ilə mübarizə aparan ilk dərman vasitəsi hesab olunur.(oxu.az)

pia.az


Etiket: dərman


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xalq artisti Cahangir Novruzovun Ankarada 70 illik yubileyi keçirilib

Sırski: Ukrayna ordusu Kursk vilayətində daha 1-3 km irəliləyib

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

Gülnar Hüseynova Yuxarı Şilyan kəndində seçicilərlə görüşüb - Fotolar 

Bir qrup ukraynalı hərbçi Kursk istiqamətində təslim oldu - Video

Dəniz kənarında batan avtomobili çıxarmaq üçün çağırılan evakuator da batdı

Bayden namizədlikdən imtina etdikdən sonra ilk dəfə Harrislə mitinqdə iştirak edib

DSX-nin üç polkovnikinə "general-mayor" ali hərbi rütbəsi verilib

Neftçala sakinlərinin kabusuna çevrilən “Dinamik Ocean”: Əhalini xəraca bağlayan şirkəti qoruyan kimlərdir?

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay