Cümə, 06 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan Araz çayını ekoloji fəlakətlə üz-üzə qoydu: Çirklənmə pik həddə çatdı - Foto

Ermənistan Araz çayını ekoloji fəlakətlə üz-üzə qoydu... 

Ermənistanın nüvə tullantılarının Araz çayına axıdılmasına görə Parsabad əhalisinin əksəriyyətinin xərçəng xəstəliyinə tutulması ilə bağlı İranın Ali Vilayətlər Şurasında Ərdəbil nümayəndəsinin xəbərdarlığından sonra, Araz çayında böhranlı vəziyyətin yarandığını göstərən şəkillər yayılıb.

Son günlərdə Araz çayından yayılan görüntülər, Ermənistandan axıdılan yüksək konsentrasiyalı sənaye və nüvə tullantıları səbəbindən çayda minlərlə balıq və krevetkanın tələf olduğunu göstərir.

Sosial mediada yayılan görüntülərdə, çaya axıdılan tullantıların kimyəvi dozası yüksək olduğu üçün çayın rənginin yaşıla büründüyü görünür və yerli sakinlərin sözlərinə görə, üfunət iyi çayın sahillərinə yayılıb.

İranda yaşayan azərbaycanlı ətraf mühit və vətəndaş cəmiyyəti fəalları bildirir ki, sözügedən çirklənmənin Araz çayı boyunca yaşayan minlərlə sakinin sağlamlığına və həyatına təsiri baxımından, bu böhran, Urmiya gölünün qurumasına səbəb olan ekoloji böhrandan sonra, İranın şimal-qərbində və Azərbaycanın bölgələrində ən böyük və ən təhlükəli sayılır.

Son günlərdə Ali Vilayətlər Şurasında Ərdəbilin nümayəndəsi Puya Mucərrəd bildirib ki, Ermənistanın Araz çayına sənaye tullantıları axıtması nəticəsində Parsabad əhalisi kütləvi şəkildə xərçəng xəstəliyinə tutulur, bu baxımdan Ərdəbil vilayətində mədə-bağırsaq xərçənginə yoluxma statistikası birinci yerdədir:

“Parsabad rayonunda hər bir ailədə ya yol qəzalarında, ya da xərçəngdən bir nəfər həyatını itirib”. (Aznews TV )

pia.az 

Fotolar




Etiket: Araz çayı


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İtaliyanın Baş naziri Prezident İlham Əliyevlə görüşüb - Yenilənib

Daha 30 ailəlik köç karvanı Şuşaya çatıb – Yenilənib

Ötən gün saxlanılan bələdiyyə sədri barəsində həbs qətimkan tədbiri seçilib - Yenilənib

Fransanın yeni baş naziri Azərbaycan ərazilərinə qeyri-qanuni səfər edib

AZƏRTAC-a yeni Baş redaktor təyin olundu - Fotolar

Bakıda binalarda əxlaqsız hərəkətlər edən seksual manyak peyda olub

Lukaşenkodan şok: Zelenskini onlar aradan götürəcək!

Azərbaycan COP29 ilə əlaqədar elektron viza portalını istifadəyə verib - Yenilənib

Yığmamız Millətlər Liqasına məğlubiyyətlə başlayıb - Yenilənib

Romada Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub - Yenilənib  

Ən çox oxunanalar