Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tanrıverdi Mustafayev :"Masallıdakı güllələnmə şəxsi zəmində baş verən hadisədir"

"Masallırayonunda "Azərişıq" əməkdaşlarının güllələnməsi şəxsi zəmində baş verən münaqişə nəticəsində olub"... 

Bu fikri Musavat.com-a açıqlamasında "Azərişıq" ASC-nin sədrinin müşaviri Tanrıverdi Mustafayev deyib. O, bildirib ki, bəziləri yanlış fikirlər söyləyirlər:

"Bəziləri deyirlər ki, onlar kiminsə işığını kəsiblər və mübahisə düşüb və sairə. Əslində isə bayram günlərində bu kimi işlər görülmür. Orada da kimsənin elektrik xətti kəsilməyib. Sadəcə olaraq aralarında şəxsi zəmində münaqişə olub və bu cür hadisə baş verib. Həmin şəxslər doğrudan da bizim əməkdaşlardı. Ancaq hadisə zamanı onlar vəzifələri ilə bağlı hər hansı bir işi icra etməyiblər. Sadəcə ola bilər ki, hansısa sayğaca ümumi baxış keçiriblər. Bu, elektrikin kəsilməsi demək deyil. Hazırda iş hüquq-mühafizə orqanları tərəfindən araşdırılır",-deyə Tanrıverdi Mustafayev bildirib.

Qeyd edək ki, ötən gün Masallı rayonunun Yeddioymaq kəndində “Azərişıq” ASC-nin əməkdaşları güllələnib.

Yayılan xəbərdə bildirilir ki, Yeddioymaq kənd sakini 1969-cu il təvəllüdlü Mansur Bəşir oğlu Şahmuradov elektrik enerjisi borcu olduğuna görə onun həyətinə gələn və borcunun ödənməsini istəyən elektrik şəbəkəsi işçiləri ilə mübahisə edib. Heç bir borcunun olmadığını iddia edən abonent M.Şahmuradov evindəki ov silahı ilə "Azərişığ"ın əməkdaşlarına atəş açılıb.

Qeyd edilir ki, nəticədə üç nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İki nəfərin xəsarətləri yüngül olduğundan ambulator yardım edilib. “Azərişıq” ASC-nin digər əməkdaşı Masallı şəhərində yaşayan, 1983-cü il təvəllüdlü Ramal Sudef oğlu Bağırova isə sol körpücük nahiyəni dəlib-keçən güllə yarası diaqnozu qoyulub. Hazırda yaralı əməliyyatdadır.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır. Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qardaşının hesabına Milli Məclisdə lövbər salan deputat...

Malik Həsənov Lotu Qulinin öldürüldüyü hoteli satıb?

Deputatlığa namizəd Əlibala Məhərrəmzadənin bu çıxışı dindarları qəzəbləndirdi - Video

Bakının 8 rayonu və Abşeronda iki gün su olmayacaq

Maliyyəçi Elnur Rəhimovu “Bakı Tikiş Evi”ndən parlamentə kim və necə daşıyır?..

Mask Kadırova “Cybertruck” “hədiyyə” etməsini şərh edib

Çempionlar Liqası: "Dinamo" - "Qarabağ" oyununun hakimləri müəyyənləşib

Paytaxt sakinlərinin su sınağı: Kimdir günahkar? - Rəsmi açıqlama

Bakının iki rayonunun bəzi ərazilərində qaz kəsiləcək

Ən çox oxunanalar