Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Metroda gediş haqqı artırılır? - Video

Metroda sosial məsafənin qorunması, stansiyalara yalnız icazəsi və tibbi maskası olan şəxslərin buraxılması nəticəsində sərnişin daşımada kifayət qədər azalma müşahidə olunur...

Bu da, öz növbəsində, bir sərnişinin daşınması üçün çəkilən xərcin artmasına səbəb olub. Məhz bunu nəzərə alaraq, son günlər sosial şəbəkələrdə metroda gediş haqqının artacağı ilə bağlı xəbərlər yayılır.

Mövzu ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında süjet yayımlanıb.

Xalid Kərimli - İqtisadçı: "Biz bundan da əvvəl dəfələrlə metro rəhbərliyinin bəyanatlarını da eşidirdik ki, bir nəfər sərnişinə düşən xərcin maya dəyərini onun qiyməti qarşılamır. İndiki məqamda sərnişin daşımanın daha da azalması maya dəyərini daha da artıracaq, sərnişin daşımanın maya dəyəri qiyməti dəfələrlər üstələmiş olacaq".

Bununla belə, ekspertlər hesab edirlər ki, indiki məqamda metroda gediş haqqının qaldırılması sosial problemlərin artmasına və əhalinin xərclərinin yüksəlməsinə səbəb ola bilər.

Azər Allahverənov - Ekpert: "Birmənalı şəkildə bunun qiymətin qaldırılaraq tam şəkildə sərnişinlərin üzərinə qoyulması da düzgün deyil. Qiymətin qaldırılması mən düşünürəm ki, əslində, insanların maraqlarına ziddir və onların rifahının pisləşməsinə gətirib çıxaran hal ola bilər".

Xalid Kərimli - İqtisadçı: "Bunun ən ağlabatan hissəsi dövlət tərəfindən subsidiyaların artırılmasıdır. Lakin, eyni zamanda, metro rəhbərliyi öz xərclərinə yenidən baxmalıdır. Metroda xidmətin keyfiyyətinə təsir göstərməyən xərclərin ləğvinə çalışmalıdır ki, maya dəyəri aşağı düşsün".

Ötən ilin müvafiq dövrü ilə müqayisədə hazırda sərnişinlərin sayının 8-10 dəfə az olduğunu deyən "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədovun sözlərinə görə, metroda gediş haqqının artırılması gündəmdə deyil:

"Hazırda metroda sərnişindaşıma hardasa 52 qəpiyə başa gəlir. Təbii ki, bu fərqin olduğu kifayət qədər hiss olunur. Lakin son günlərdə yaranmış şayiələrin hər hansı əsası yoxdur. 2-ci bir yaranan şayiə o oldu ki, guya ki, Bakı metrosunda hərəkətin ən yüksək səviyyədə təşkil etmək üçün qatarlar alınmalıdır. Yəni bu da tamamilə əsassız bir fikirdir".

pia.az


Etiket: metro


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ödəmə terminalından səhvən başqasının hesabına göndərilən pul necə geri alına bilər? - Video

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Fəzail İbrahimlinin təşviqat kampaniyasını uğurla davam edir

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

"Deyirlər ki, onsuz da Heydər Əsədov seçilib də..." - Şirvanda namizədlər arasında qalmaqal

Kişilər və qadınlar ən çox hansı yaşda aldadırlar?

İranın Baş Qərargahı "Fars" agentliyinin Rəisinin helikopterinin qəzası ilə bağlı şərhini təkzib edib

Diqqət: Metronun "28 May" stansiyasının qarşısında ilanlar peyda olub

"Araz-Naxçıvan" Çempionlar Liqasında mübarizəyə qələbə ilə başlayıb

Bakıdan Antalyaya təyyarə reysi yenidən təxirə salındı

Qara Qarayev əvəzedici heyətə göndərilməsinə münasibət bildirib

Ən çox oxunanalar