Şənbə, 07 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tarixi satıb milyonlar qazanıb — DTX-nın qandalladığı Sultanovin dəhşətli cinayətləri

Azərbaycan ziyalılarının və köhnə bakılıların çoxdan gözlədiyi hadisə gəlib çatdı-hakimiyyət köhnə Bakının arxitektura incilərini məhv edən məmurlardan birini cəzalandırdı...

Bəli, söhbət Mədəniyyət Nazirliyi yanında mədəni irsin qorunması, bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanovdan gedir.

Bankirə oxşayan və taleyin Xətai rayon İcra Hakimiyyətinin kabinetlərindən birindən Bakı meriyasının arxitektura müfəttişliyinə (təsəvvür edin, bir vaxtlar belə struktur da olub!) atdığı bu məmur Müdafiə Nazirliyinin təchizat idarəsindən Mədəniyyət Nazirliyinə qədər gedib çıxdı. Nəhayət özünün yeni ətrafı ilə birlikdə aparıcı postsovet banklarından birinin ikinci mərtəbəsindəki həmin mənasız xidmətində məskunlaşdı.

Olduqca simvolikdir ki, “rəngsiz” və geridə qalmış Sultanov tamamilə heysiyyatsız və iradəsiz biridir, mədəni irs dəyərlərindən tamamilə uzaqdır və tarixi şüur, xüsusən də tarixi yaddaş kimi fəlsəfi təsəvvürlər ona yaddır. Sultanov tipik tipik fleqmatikdir, laqeyd konformistdir, hesabını aparmağı yaxşı bacaran alverçidir.

Və bu cür şəxsi keyfiyyətlərə malik adam Azərbaycanın mədəni irsinin nəinki qorunmasına, eləcə də bərpasına cavabdeh olan dövlət xidmətinin başına gətirilmişdi. Nəticə isə ortadadır.

Əfsanəvi Həkimlər Evi dağıdılır? Qoy olsun! Tağıyev küçəsindəki Bakının ilk neft bumu zamanı tikilmiş arxitektura incisi sökülür? Nə olsun axı?!

Mədəniyyət Nazirliyinin rəhbərliyindən kimsə böyük Cəfər Cabbarlının ev muzeyini yerində yeni çoxmərtəbəli bina tikilməsi üçün satıb? Boş şeydir, axı bu bu köhnə ev çoxdandır baxımsız qalıb, qəzalı vəziyyətdədir və onu söküb eksponatlarını yeni tikilən binaya köçürmək olar! 

Keçmiş Sovetksi küçəsində arxitekturalı evlər sökülür? Görürsənmi, daxmalardan ibarət kvartalın ortasında 2-3 arxitekturalı evi sökməklə nə olaacaq ki? 

Bütün bakılıların sevdiyi atlantlı Evi sökürlər? Olsun, axı qədim yunan mifologiyası bizim nəyimizə lazımdır, biz türk xalqıyıq və öz miflərimizlə yaşayırıq! 

Yusif Məmmədəliyev küçəsindəki monumental binanı yerlə bir ediblər? Lap yaxşı! Bizə XIX əsrin atavizmləri nəyə gərəkdir, axı Bakı yeni Dubaydır, bizə daha çox beton və şüşə binalar lazımdır!

Messenat Tağıyevin Mərdəkandakı villasını sökürlər? Bu bağ evi bizim nəyimizə gərəkdir, dövlət Bakının mərkəzində Tağıyevin evinin keşiyində dayanıb. 

Əzizbəyov və Rəhimov küçələrinin kəsişməsində 1901-ci ildə tikilmiş üç tarixi binanı da sökürlər!!! Bütün sualları meriyaya ünvanlamaq lazımdır, çünki onlar həmin binaların yerində yeni çoxmərtəbəli bina tikməyi məsləhət biliblər! 

Tağı bəy Səfərəliyevin unikal evi dağıdılır?! Təəsüf, qəzalı idi və onu xilas etmək mümkün olmadı...

pia.az


Etiket: Zakir Sultanov

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yeni yaradılmış Zeyd Döyüş Mərkəzinin (ZEYD FİGHT CENTER) ünvanı Baki İdman Sarayıdır

Zelenski Şolts ilə birgə silah istehsalını müzakirə edib – Yenilənib

900-cü qolunu vuraraq rekorda imza atan Kriştianu Ronaldu "təlxək" adlandırılıb    

Avropa ölkələri Rusiyanın dondurulmuş aktivlərini öz aralarında böləcək    

Antiterror əməliyyatının indiyədək açıqlanmayan detalları

Siyarto: Macarıstan Ukraynaya silah tədarük etməyib və etməyəcək    

Ermənistanla sülh müqaviləsi və sərhədlərin delimitasiyası: Beynəlxalq KİV-lər İlham Əliyevin Cernobbio Forumundakı çıxışından yazıb

Güclü küləyin Qubada yaratdığı fəsadlar: Sakinlər təhlükə altındadırlar

Ən çox oxunanalar